şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanlı alimin növbəti uğuru

Image


"Beynəlxalq hüquq və insan hüquqları kontekstində tibb hüququnun inkişafı problemləri" istiqamətində elmi araşdırmalar aparan gənc alim, h.ü.f.d. Pərvinə İsmayılovanın transplantasiya, köməkçi reproduktiv texnologiyalar (KRT), genetik tədqiqatlar və onların insan genomuna təsiri, müasir biotexnoloji proseslərdə hüquq normalarının tətbiqi, milli yurisdiksiyanın beynəlxalq normalara uyğunlaşdırılması mövzusuna dair innovativ tədqiqatları tibbi hüquq sahəsində böyük maraqla qarşılanmışdır.

Belə ki, onun xarici yüksək indeksli elmi jurnallarda, habelə "Amazonia Investiga" kimi nüfuzlu jurnalda dərc olunan növbəti məqaləsi yenilikçi baxışları və tibbi hüququn gələcəyini formalaşdırmaq potensialı ilə diqqəti cəlb etmişdir. Qeyd edək ki, 2018-ci ildən o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası, həmçinin Beynəlxalq ümumi hüquq kafedrasında Tibb hüququ və Bioetika sahələrində tədris edir.

İsmayılovanın əsas tədqiqat sahələrindən biri kimi, KRT-dən (ekstrakorporal mayalanma və surroqat analıq) istifadə zamanı yaranan etik və hüquqi nəticələrdir. Məqalələrdən birində: KRT-dən istifadə zamanı yaranan hüquqi problemlərin həlli və insan hüquqlarının təminatı baxımından əhəmiyyətli olacaq "Köməkçi reproduktiv texnologiyalardan istifadə hüququnun tənzimlənməsi haqqında" AR Qanunu adlı yeni qanunvericilik aktının qəbul edilməsi təklif edilir. Bu qanunvericilik aktı dövlətlərin hüquq və məhkəmə təcrübəsi nəzərə alınmaqla beynəlxalq müqavilə və ya konvensiya layihəsi kimi də (nümunəvi akt kimi) qəbul edilə bilər. Məqalədə model olaraq verilən yeni qanunvericilik aktına KRT, donorluq prosedurları, surroqat analıq, genetik analıq və digər əlaqəli terminlərin tərifləri, izahları daxil edilmişdir. 

Azərbaycanda surroqat analıq və KRT-dən istifadəyə dair heç bir milli yurisdiksiya normalarının olmadığını nəzərə alaraq, müəllif tərəfindən detallı şəkildə hazırlanmış qanunvericilik aktının qəbulu, habelə əlaqəli sahələrdə də hüquqi normalar bazasının yaradılması təklif edilmişdir. Müəllif  xüsusilə qeyd edir ki, hazırda AR qanunvericiliyində KRT-dən istifadəyə dair boşluq və terminlərin qarışıqlığı müşahidə olunur. Məsələn, ölkədə surroqat analıq institutunun heç bir hüquqi normativ aktla tənzimlənməməsi və bu terminin yalnız bir dəfə Ailə Məcəlləsində (46-cı maddə) yalnış formada istifadə olunması, məhkəmə işlərində normativ bazanın və hüququn düzgün təfsir edilməməsinə gətirib çıxarır. Müəllifin təklif etdiyi normativ aktda isə, surroqat ana terminin anlayışı tam şəkildə verilərək, "ənənəvi" və "gestasion" surroqat analıq növləri ayrılmış, genetik valideyn, onların hüquq və vəzifələri, daşıyıcı ana, onun hüquq və vəzifələri aydın şəkildə göstərilmişdir. Müəllif KRT-dən istifadənin genetik valideyn hüquqlarından başlayaraq, insan alverinə qədər müxtəlif hüquqi problemlər yaratdığını qeyd edərək, öz elmi araşdırmasında milli yurisdiksiyanın bu prosesdə iştirak edənlərin hüquqlarını qorumaq məqsədilə necə uyğunlaşdırıla biləcəyinə işıq salır və tibbi hüquq elminin inkişafına töhfə verir.

Genetik tədqiqatlar sahəsində P. İsmayılova yeni texnologiyaların insan genomuna təsirini araşdırır, Azərbaycanda genetik tədqiqatlarda qeyri-adekvat hüquqi tənzimləmənin potensial nəticələrini vurğulayaraq, genetik xəttlə irsən keçən xəstəlik risklərini azaltmağın hüquqi yollarını müəyyən edir. Qeyd olunur ki, müasir genin redaktə vasitələrinin meydana çıxması ilə genetik xüsusiyyətləri dəyişdirmək və irsi xəstəlikləri aradan qaldırmaq potensialı getdikcə mümkün olur, bununla belə, bu texnologiya xüsusilə razılıq, məxfilik və ayrı-seçkilik məsələləri ilə bağlı əhəmiyyətli etik və hüquqi problemlər yaradır. İsmayılovanın məqalələri fərdi hüquqların müdafiəsi zərurətini balanslaşdıraraq, hüquqi çərçivələrin bu texnologiyalara necə uyğunlaşa biləcəyi barədə dəyərli fikirlər təqdim edir. Məqalələrində: Genetik müalicədə biotibbi tədqiqatları tənzimləyən beynəlxalq qanunvericiliyə nəzər salmaqla, müasir dünyada tətbiq olunan əsas prinsiplərin milli yurisdiksiyamıza gətirilməsi təklif edilir. Azərbaycanda genetik xəstəliklərin yüksək yayılma faizini qeyd edərək, "İnbreeding" (qohum nikahlar) və "Residiv genlərin" yayılmasına gətirib çıxaran proseslərin aradan qaldırılması məqsədilə qanunverici bazanın yaradılması, hüquqi boşluqların aradan qaldırılması və gələcək nəsillərin rifahı üçün Milli genofondun qorunmasının vacibliyi vurğulanır. Azərbaycanda talassemiya və hemofiliya kimi genetik xəstəliklərin yüksək daşıyıcı faizinə malik şəxslərin problemlərinin həlli və əhalinin genetik xəttinə ciddi ziyan vuracaq risklərin qaldırılması məqsədilə xəstəliyə düçar olmuş vətəndaşların genetik passportlaşdırılmasının həyata keçirməsi model olaraq təklif edilir.

İnsan orqan və toxumaların transplantasiyası sahəsində geniş araşdırma aparılaraq AR qanunvericiliyində dəyişikliklərin edilməsi, habelə beynəlxalq aktların normalarında dəqiqləşmə və təkmilləşdirmənin aparılması müəllifin beynəlxalq hüquqa verdiyi töhfələrdən hesab oluna bilər.  Məsələn, Protokolun (Additional Protocol to the Convention on Human Rights and Biomedicine concerning Transplantation of Organs and Tissues of Human Origin, 2002 Strasbourg) İnsan orqan və toxumalarının transplantasiyası zamanı cinayət maraqlarının qarşısının alınması və ölmüş şəxsin "şəxsi toxunulmazlıq hüququnun" təmin edilməsi baxımından "İradə olmadıqda, insan orqan və toxumalarının transplantasiyası qadağandır" Protokolun 17-ci maddəsinin 2-ci hissəsi norması kimi daxil edilməsi təklif edilib. Müəllif həmçinin hesab edir ki, Protokolun 21.1-ci maddəsinin redaksiyası ("...müqayisə oluna bilməz üstünlük") də qüsurlu hesab edilməlidir. Bu normanın dəyişdirilməsi "...hər hansı, o cümlədən sosial, fizioloji və s. müqayisəli üstünlük əldə etmək üçün qəbul edilə bilməz" ifadəsi ilə dəyişdirilməsi insan ləyaqətinin qorunması məqsədilə daha məntiqli olardı.

Gənc alim məqalələrində: İnsan orqan və toxumalarının transplantasiyasına dair Protokolu Azərbaycanın mövcud qanunvericiliyi ilə müqayisə edərək, daxili qanunvericilik aktında əhatəli tənzimləmənin olmaması barədə qənaətə gəlir. Belə ki, Milli yurisdiksiyanın Protokola uyğunlaşdırılaraq, onun 12-ci maddəsindəki "müstəqil məsləhət almaq hüququ" normasının Qanunumuzun 19.1.1. maddəsinə adaptasiya edilib - "tibbi biliklərə malik müstəqil ekspertdən ...ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq" normasına dəyişdirilməsi təklif edilir. Müəllif: Meyitdən transplantasiya məqsədilə orqanların götürülməsinə dair ziddiyyətli (istisnalı) formada yazılı razılıq prinsipinin; donor orqanların transplantasiya, tədris və elmi məqsədlərlə istifadə edilməsi; orqanların götürülməsinə razılıq və ya orqanların götürülməsindən imtinanın xüsusi ərizə forması ilə rəsmiləşdirilməsi (elmi məqalə çıxdıqdan sonra, 25 dekabr 2023-cü il Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul edilmişdir) və digər normaların qanunvericiliyimizə əlavə olunmasını təklif edir. Əlavə olaraq müəllif AR CM-in 137-ci maddəsində qanunsuz (kriminal) orqan transplantasiyasının bütün təzahür formalarını tam əhatə etmədiyini və buna görə də, İnsan orqanlarının alverinə qarşı Konvensiyanın AR tərəfindən tanınmasını təklif edərək bununla transmilli cinayətə qarşı beynəlxalq hüquqi mübarizənin səmərəli şəkildə aparılmasını vurğulayır (elmi məqalə çıxdıqdan sonra, 2023-cu ilin oktyabrın 30-da Azərbaycan Konvensiyanı imzalamışdır).

Xatırladaq ki, müəllifin bu sahədə çoxsaylı elmi araşdırmaları Azərbaycan, rus və ingilis dillərində çap olunub. Məqalələrin bəziləri ilə tanış olmaq istəyənlər aşağıdakı linklərdən keçid edə bilərlər. 

https://amazoniainvestiga.info/index.php/amazonia/article/view/2593

https://jilc.e-science.space/wp-content/uploads/2024/01/2.pdf 

https://legalhorizons.com.ua/lh/article/view/46/29 

http://www.iolr.org/wp-content/uploads/2023/10/Ismayilova-P.F.-Genetik-mualic%C9%99-uzr%C9%99.pdf

Günel Cəlilova




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ