şənbə günü, 10 oktyabr 2026
     

Şəkillərdə, xəyallarda və ürəklərdə yaşayan şəhid Alim

Image



İndi – vücudi yoxluğunun dördünicü ilində İbrahimovlar ailəsi, digər yaxınlar, qohum-əqraba və dostlar onunla yalnız şəkillər vasitəsilə danışırlar. Bu böyük nəslin dağ boyda övladı ömrün ayrı-ayrı çağlarında fotolentlərə, telefonların yaddaşına köçürülmüş şəkillərə, xırda süjetlərə və heç vaxt ölməyəcək xəyallara qısılaraq, göz yaşı içərisində, amma qürurla xatırlanır. Sürətlə ötüşən zaman varlığını bizdən uzaqlaşdırsa da, mərd, qayğıkeş, işıqlı obrazı hər gün daha yaxına gələrək, az qala lap qarşımızda, gözlərimiz önündə canlanır…   

Mədəniyyətimizin daha bir cəsur şəhidinin sorağı ilə Mingəçevirdə olarkən məni də həmin şəkillər qalereyasında - xatirə guşəsində və masa üzərində qərar tutmuş fotolarla söhbətə dəvət elədilər. Mülki və hərbi formalı gəncin o qədər oxşar və fərqli cizgiləri var ki… Birində qarmonla, digərində avtomatla… Bunda dosta məhəbbət, başqasında düşmənə nifrətlə… Humanist, rəhimli və sərt, qətiyyətli baxışlarla… Vətən övladlarına musiqi öyrətmək, toy, şənlik keçirmək; yağıları torpaqlarımızdan qovmaq, məhv eləmək arzulu… Amma bütün çərçivələrdən bir şəxsiyyət, bir kişi – torpağını azad, ölkəsini müstəqil, xalqını xoşbəxt görməkdən ötrü canını, qanını belə əsirgəməyən, bütövlik, hürriyət, istiqlal rəmzi sayılan ŞƏHİD boylanır…

Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında  Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuşdu. Sonradan valideynlərinin iş yeri ilə əlaqədar işıqlar, nurlar şəhərinə köçüblər – atası DRES-də çalışıb. 2001-2010-cu illərdə Mingəçevir 4 saylı orta məktəbdə təhsil alıb. Hələ körpəlikdən mahnı səsinə dartınması, böyüdükcə musiqiyə artan həvəsi onu incəsənət sahəsinə çəkib gətirib. 2004-2010-cu illərdə Mingəçevir şəhər Bülbül adına 2 saylı musiqi məktəbində qarmon ifaçılığının incəliklərinə yiyələnib. 2014-cu illdə Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecini qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində işləməyə başlayıb. 

Alim nə qədər şən, nikbin, məclis-mərəkə adamı olsa da, bütün qeyrətli Azərbaycan gəncləri kimi, qəlbində qaysaqlanmayan bir yara – Qarabağ dərdi gəzdirirdi. Qəzet-jurnallardan oxuduğu, radio-televizorda baxıb-dinlədiyi, sosial şəbəkələrdə tanış olduğu işğal xəbərləri – atəşkəsin pozulması, erməni siyasi möhtəkirlərin yaramaz çıxışları, effektsiz sülh danışıqları prosesinə görə tez-tez hövsələdən çıxırmış. 2016-cı ilin 4 günlük Aprel savaşında Lələtəpə və Cocuq Mərcanlının qurtuluşu, 2020-ci ilin iyulunda Tovuzda düşmən hücumunun dəf edilməsindən sonra nəhayət müqəddəs cihad gününün, qəti zəfər məqamının yaxınlaşdığını duyur. Şəhid general Polad Həşimovu, şəhid gizir Mübariz İbrahimovu özünə həyat idealı seçir, digər igid oğulların yolu ilə gedəcəyinə qərar verir. Ali Baş Komandanın səfərbərlik əmrini səbirsizliklə gözləyir. 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılır. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir... 

Azərbaycan Prezidentinin sərəncamına əsasən, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Atası Səhrab kişi qabarlı əlləri arasından başını qaldırıb dərindən köks ötürür, gözlərini uzaqdakı məchul nöqtəyə zilləyərək çətinliklə də olsa şəhid oğlu barədə söhbətə başlayır: "Alim çox yaxşı, ailəcanlı, qayğıkeş övlad olub. Özünü dərk edəndən ailəmizə maddi və mənəvi dəstək göstərirdi. Mənim qol-qanadım, canım idi. Hər an yanımda, gözümün nuru, dərdimə yanan idi. Ürəkli, mərd, mədəni, alicənab oğul idi. 3 ilyarımdan çoxdur evin nə dadı qalıb, nə də ki duzu... Alimsiz həyatı təsəvvür etmirdik. Düzdür bir valideyn olaraq bu dərdə dözməyimiz çox çətindir, amma bilirik ki, oğlumuz Vətən uğrunda öz şirin canından keçib, şəhidlik zirvəsinə ucalıb. Daim qəlbimizdədir..!"

Anası Xatirə İbrahimova göz yaşlarını saxlaya bilmir, əziz balası haqqında hıçqıraraq danışır: "Alim ailəmizin sevinci, başımızın tacı idi. Evimizin gülüşlü, sevincli, xoş günləri onunla getdi. Atadan, anadan, qardaşdan ötrü canını verməyə hazır, tam fərqli bir uşaq idi. Bir nəfər desəydi, başım ağrıyır, qəmlənərdi ki, kiməsə, nəsə olar. Muharibə başlayan kimi cəbhəyə yollandı. İndi gözümüz onun gedib gəlmədiyi yolda qalıb. Allahdan bir möcüzə ola, Alim evimizə qayıda... Hər gün səhər-axşam balam bəlkə yenə gəlib keçəcək deyə, o yollara baxıram. Təsəlli yerimiz ancaq şəkillərdir. Alim sentyabr 20-i mənə sürpriz edib ad günü keçirdi və ertəsi gün səfərbərliklə yola düşdü. Yaşı az olsa da böyüklə böyük, uşaqla uşaq idi. Yaşlı nənə-babasının qeydinə qalırdı. Kimin ürəyi nə istəsə, heç düşünmədən yerinə yetirirdi. Gözəl qəlbli, sakit, mülayim biri idi. İndi hamı Alimdən danışır. Onunla bağlı çox arzularım, xəyallarım vardı... Deyirdim, Göyçay şəhərində oğul evinə sevinərək gedəcəm, amma yolum şəhidlərə ağlayaraq getmək oldu. Qismətimə qara daşı bağrıma basmaq, şəkillərlə danışmaq düşdü..."

Əmisi Ərəstun İbrahimov: "Qardaşım oğlu nə qədər başıaşağı, mülayim, sakittəbiətli olsa da, haqsızlığa qarşı susmazdı. Ondan ötrü dünyanın ən böyük ədalətsizliyi elə Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında qalması və beynəlxalq qurumların bunu sükutla qarşılaması idi. Aparıcı dövlətlərin erməni təcavüzünə səssiz qalmalarını, Xocalı faciəsi boyda dəhşətə göz yummalarını, biz düşmən təxribatı müqabilində hücuma keçdiyimizdə erməninin müdafiəsinə qalxmalarını heç cür həzm edə bilmirdi. Ona görə də çağırış gələn anda hərbi təlimlərə qoşuldu, savaşın ilk anından özünü irəli atdı. Düzdür, qardaşımın beli sındı, amma Vətən məhz belə igidlərin qanı, canı bahasına suverenlik qazanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin."

Qardaşı Aydının dediklərindən: "Alim çox gözəl ürəkli qardaş idi, canlara deyən oğlan idi. Hər zaman arxam, dayağım olub. Dilimiz-sirrimiz bir idi, bütün çətinliklərimdə özünü yetirərdi... Qisməti şəhidlik olduğu gündən qardaşdan yetim qalmışam. Alim yerə sığmırdı, qartal təki həmişə ənginliklər, aydın səmalar arzusu ilə yaşayırdı. Qızım dünyaya gələndə adının Səma qoyulmasını da o istəmişdi. Hər gün şəklinə baxıb əvvəlki qardaşlı günlərimi Allahdan diləyirəm. Bilirəm, heç vaxt qayıdıb gəlməyəcək... Həyatdır, əlimizdən nə gəlir..? Allahın quluyuq, nə yazıb - Yaradan bilər..."

Şəhidimizin döyüş yolu haqqında bilgiləri genişləndirmək üçün komandirini, cəbhə yoldaşlarını aradıq, lakin dedilər ki, həmin qrupdan heç kim sağ qalmayıb, ağır savaşda hamısı həlak olub.

Deyilənlərə görə, son vaxtlar bacısının olmadığına bərk heyfslənər, kaş ki, Allah mənə bir bacı qismət edəydi, söylərmiş... Anası da soruşub ki, ay bala, indi bu yaşda neyləyirsən bacını – nişanında hazırlıq görüb, toyunda oynamaq üçünmü axtarırsan? Bütün qohum-əqrabadakı qızlar sənin bacındır, xonça tutacaqlar, toyunda iştirak edəcəklər, söyləyib Xatirə xanım... Amma bilməyib ki, Alim bacını nəşi yerdən qaldırılanda, hüzr məclisindəı, məzarı başında ağlamaqdan ötrü axtarırmış... Necə ki, onu özünə qardaş sayan qızların hələ də göz yaşları qurumur...

Yazı ilk cümlədən şəkillərlə başladıq. Qəhrəman şəhidimizin qısa, lakin əzəmətli ömrünə fotolarla səyahət elədik, doğmalarının, dostlarının xatirələrində tanıdıq, videosüjetlərlə son mənzilə yola saldıq. Bəşər övladı rahat, məsud, əlamətdar, səadətli anlarında şəkil çəkdirməyə meyl göstərir, acı günlərində buna heç həvəsi olmur. Alim İbrahimovun da əsgər formasında çoxlu şəkilləri var – hamısında gülür, sevinir, qanadlanır... Elə düşmən caynağından xilas etdiyi müqəddəs Vətənin aydın, günəşli səmasında pərvazlanan azad, xoşbəxt ruhu kimi... 


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ