Bazar ertəsi günü, 12 oktyabr 2026
     

"Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları" adlı beynəlxalq konfrans keçirilib

Image


Beynəlxalq Həmrəylik Qrupunun (BHQ) dəstəyi ilə Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar "Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları" adlı onlayn formatda beynəlxalq konfrans keçiriblər. Konfransın təşkilinə BHQ-nin müxtəlif ölkələri təmsil edən kordinatorları, o cümlədən Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu (Azərbaycan), Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxs (Azərbaycan), Smolensk Humanitar Universiteti (Rusiya), Smolnıy Universiteti (Rusiya) təşkilati, mənəvi dəstək veriblər. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Avstraliya, İordaniya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Tacikistan, Polşadan millət vəkilləri, alimlər, ictimai xadimlər, dövlət orqanlarının təmsilçiləri, diaspor liderləri, müəllimlər, hüquqşunaslar, jurnalistlər, politoloqlar, araşdırmaçılar qatılaıblar.

Tədbirdə ilk olaraq çıxış edən Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü bir ilə yaxındır ki, fəaliyyət göstərən Beynəlxalq Həmrəylik Qrupunun, onun 20-yə qədər ölkədən olan kordinatorlarının gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib. Onun sözlərinə görə ekologiya mövzusu, ekoloji sahədə baş verənlər hər kəsi düşündürməlidir. M.Göyüşlü ekoloji dəyişikliklərin, anomal təbiət hadisələrinin hər kəsə təsir etdiyini açıqlayıb. COP28 tədbirinin əhəmiyyətindən danışan M.Göyüşlü COP29-un Azərbaycanda keçiriləcəyini məmnunluqla qarşıladıqlarını qeyd edib.

Millət vəkili Ceyhun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin vacibliyindən danışıb. O, iqlim dəyişikliklərinin yaratdığı çətinlikləri diqqətə çatdırıb. Bu istiqamətdə ictimai qurumların aktivliyinin vacibliyini vurğulayan C.Məmmədov Ermənistanın hələ də Azərbayacana qarşı ekoloji təxribatlar törətməsini qınayıb. Millət vəkili iqlimin anomal şəkildə dəyişməsinə toxunaraq bunun fəsadlar yaratdığını söyləyib. O, BHQ-nin bundan sonra da belə vacib tədbirlər təşkil edəcəyinə inandığını vurğulayıb.

Millət vəkili Jalə Əhmədova bəşəriyyətin ekoloji problemləri tam dərk etmədiyini vurğulayıb. J.Əhmədova ekologiya ilə yanaşı qidaların tərkibində də problemlər yaşandığını açıqlayıb. Millət vəkili sənaye müəssisələrinin tullantılarının, avtomobillərin ekologiyaya vurduğu təsirlərin ciddi məsələ olduğunu söyləyib. O, biomüxtəlifliyin, meşələrin qorunmasına diqqəti cəlb edib. Torpaqlarımızın 30 il ərzində işğal vaxtı ermənilər tərəfindən dağıdıldığını söyləyən J.Əhmədova dövlətimizin bunu aradan qaldırmaq üçün çoxsaylı işlər gördüyünü bildirib. Millət vəkili ekologiyanın qorunması üçün cəzaların, cərimələrin, ictimai qınağın vacibliyini qeyd edib.

İqlim dəyişikliyinin çox şeyə təsir etdiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağa ekoloji problemlərin həllində hər kəsin birgə çalışmasının vacibliyinə toxunub. O, müharibədə qalib gəlmiş Azərbaycan xalqının güclü potensialının olduğunu, bu imkanlardan düzgün istifadəyə ciddi ehtiyac yarandığını açıqlayıb. O, Beynəlxalq Həmrəylik Qrupunun da gələcəkdə bu istiqamətdə ciddi çalışmalar həyata keçirəcəyini söyləyib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov bu beynəlxalq platformanın mühüm əhəmiyyət daşıdığını söyləyib. O, iqlim dəyişmələrinin, torpaq və su problemlərinin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İcraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bu tədbirin təşkilinə dəstək verdiklərini söyləyib. O, ekoloji problemləri qlobal miqyasda ən böyük problemlərdən biri kimi xarakterizə edib. Alim ölkəmizdəki ekoloji problemlərdən də danışıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev "Təbii fəlakətlərin əhalinin məskunlaşmasına təsirinin ekoloji aspektləri" mövzusunda çıxış edib. Onun sözlərinə görə ekoloji problemlər dünya miqyasında üçüncü sırada dayanır. O, qlobal istiləşmənin yaratdığı çətinlikləri sadalayıb. Alim, Azərbaycanda sel, dolu vurma, sürüşmə, daşqın kimi təbii fəlakətlərin artdığını, 400-dən çox yaşayış məntəqəsinin sürüşmə təhlükəsi altında olduğunu, hər il 30-35 milyon manatlıq zərər dəydiyini qeyd edib.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov "Şirin su ekosistemlərinin ekoloji problemləri" mövzusunda çıxış edib. O, şirin su ekosistemlərinin ciddi problemə çevrildiyini, Azərbaycanda şirin su ehtiyatlarının az olduğunu söyləyib. Şöbə müdiri, Azərbaycan iqlimində ciddi dəyişikliklərin getdiyini söyləyib. M.İsmayılov yerli su ehtiyatlarından qənaətlə və planlaşdırılmış şəkildə istifadə etməyin vacib olduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Sudan İstifadə Sahəsində Mütəxəssislər İctimai Birliyinin rəhbəri Amin Məmmədov Dubay şəhərində 4-9 dekabrda keçirilən COP28 tədbirində iştirakı ilə bağlı təəssüratını bölüşüb. O, 120-dən çox ölkənin, o cümlədən Azərbaycanın orada pavilyonunun olduğunu, böyük maraqla qarşılandığını söyləyib. A.Məmmədov orada maraqlı sessiyalar təşkil etdiklərini dilə gətirib. Çıxışçı Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı vətəndaş cəmiyyəti, xaricdəki azərbaycanlılar tərəfindən görülməsi vacib olan işlər haqqında təkliflər də səsləndirib.

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, "Çinar" azərbaycanlıların milli-mədəni mərkəzinin sədri Xeyransa Mirzəyeva uşaqlıqdan ekoloji təlim, maarifləndirmə işini aparmağın vacib olduğunu söyləyib.

Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Anar Mustafazadə "Orta təhsildə ekoloji təlimin vəziyyəti" mövzusunda çıxış edib. O, Azərbaycan orta məktəblərində, dərsliklərdə ekoloji savadlılıq məsələsinə diqqəti artırmağın vacibliyindən danışıb.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta COP29-a ev sahibliyi edəcək Azərbaycanı təbrik edib. M.Oyta iqlim dəyişikliyinin təsirlərindən, süni müdaxilələrin yaratdığı problemlərdən danışaraq, uşaqların bu istiqamətdə maarifləndirilməsinə diqqəti çəkib.

Rusiyanın Yaroslavl şəhərindən tədbirə qoşulan "Rusiya Azərbaycan Qadınları" İctimai təşkilatının sədri Xatirə Qəmbərova Beynəlxalq Həmrəylik Qrupunun fəal çalışmalar həyata keçirdiyini qeyd edib. X.Qəmbərova İranda Urmu gölünün qurudulmasına, yaranan ekoloji problemə etiraz olaraq fikirlərini bölüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin baş məsləhətçisi Şakir Qəniyev təmsil etdiyi qurumun ekologiyanın qorunması, mühafizəsi sahəsində gördüyü işlərdən danışıb. Əməkdar müəllim Aydın Allahverdiyev dərsliklərdə təbii-coğrafi şəraitin tarixi, ictimai proseslərə təsirinin zəif işıqlandırıldığını qeyd edib. O, ekologiyanın qorunmasına kompleks yanaşmanın vacib olduğunu söyləyib.

Eko-Tes təşkilatının təmsilçisi Çingiz Nəzərov ekologiyaya ziyan vuranlara cəza tətbiq etməklə yanaşı, maarifləndirməyə də ehtiyacın çox olduğunu vurğulayıb. O, dünyada ekologiya mövzusunda donorluq edən təşkilatların yardımından faydalanmağı vacib sayıb.

Türkiyənin Antalya şəhərindən toplantıya qoşulan ictimai xadim Ceyran Səttarova özünün orta məktəbdəki pedaqoji təcrübəsindən söz açaraq ekologiya ilə bağlı maarifləndirmənin məhz orta məktəblərdən başlanılmasının vacib olduğunu söyləyib. Türkiyədə baş verən meşə yanğınlarına toxunan C.Səttarova məktəblərdə bununla bağlı artıq proqramlar hazırlandığını da qeyd edib.

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin, BMT və qlobal iqtisadi təşkilatlar şöbəsinin əməkdaşı Tacirə Mahmudova COP29 tədbirlərinin daha çox işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin gözlənildiyini vurğulayıb. O, bu prosesdə Türkiyə ilə yanaşı, Rumıniya, Macarıstan, Polşa kimi ölkələrdən də dəstək aldığımızı söyləyib.

"Rusiya və Dünya Azərbaycan Qadınları İctimai Birliyi"nin Krım nümayəndəsi Qızqayıt Qədirova, Ukraynanın Kiyev şəhərindən diaspora fəalı, şairə Ətayə Odər Əkbərsoy ekoloji problemlərlə bağlı fikirlərini bölüşüb. Sonda tədbir iştirakçıları bu istiqamətdə çalışmaların davam etdirilməsinin vacibliyini, Beynəlxalq Həmrəylik Qrupunun 2024-cü ildən etibarən fəaliyyətlərini genişləndirməsinin əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, tədbirdə eyni zamanda AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov, Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri Şəhla İsayeva, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, İordaniya üzrə koordinator, diaspora rəhbəri Zümrüd Dadaşova, Tacikistan-Azərbaycan Cəmiyyətinin sədri Şahəddin Əzimov, Rusiyadan Smolensk Humanitar Universitetinin rektoru, Smolensk vilayəti Milli Konqresinin sədri, İctimai Palatanın üzvü Faiq Əliyev, Rusiyanın Sankt-Peterburq şəhərindən "Çinar" azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova, Gürcüstandan Alyans Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri Sahib Musayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşları İlahə Hüseynova, Ayan Qulizadə iştirak ediblər.

Mətləb



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ