çərşənbə günü, 14 oktyabr 2026
     

Mediada peşəkar məsuliyyət mühiti, reketlərin "sistem xofu", şantaj üsulunun sonu... - Aydın Quliyev yazır...

Image


   Direktiv və normativ sənədlərlə az-çox işləmək təcrübəsi olanlar yaxşı bilir ki, bu səpkidə istənilən sənədin sonsuzluğa qədər təkmilləşmək şansı var və heç bir sənəd heç zaman dəyişməyəcək qədər mükəmməl hesab edilə bilməz. Çünki sözügedən sənədlər, poeziya və publisistikadan tam fərqli olaraq, praktika ilə ayrılmaz şəkildə bağlıdır və əsasən hansısa sahədə praktik dəyişikliyə nail olmağı hədəf seçir.

    Hazırda geniş ictimai və peşəkar müzakirəsi gedən Yeni Media qanunu layihəsinə də məhz bu aspektdən baxılmalıdır. Yeni qanun layihəsinin köhnə ilə müqayisədə fərqli və özəl xüsusiyyətlərindən çox danışılıb. Bunu ictimaiyyət də yaxşı bilir. Sübuta ehtiyac yoxdu ki, əksəriyyət yeni qanunun, qüsursuz icra ediləcəyi halda, praktikanı köklü şəkildə dəyişmək gücündə olduğunu anlayır.

    Bəlkə də elə buna görədir ki, köhnə qanunun yaratdığı boşluqlardan sui- istifadə imkanlarının əldən çıxacağını hiss edən dairələrin narahatlığı özünü qabarıq təzahür etdirməkdədir. Qanun layihəsini tənqid və ya təftiş etmək, təqdir etmək normal münasibətdir və hər kəs bu mənada qanuni imkanlarından istifadə edir. Lakin məsələ burasındadır ki, qanun layihəsinə anarxist və sistemli yanaşmanın məzmununda əsaslı fərqlər olduğu kimi, əldə olunan nəticə və qənaətlərdə də ciddi fərqlər var. Anarxist təfəkkürlə yanaşanlar, nəinki media sahəsinə, hətta bütün digər ictimai-dövlət sferalarına da sistemli, məntiqli və məsuliyyətli baxış üslubuna malik deyillər. Belələri media azadlığı və media məsuliyyətliliyi kimi tənzimləyici praktik məzmunu olan kateqoriyaları adi sözlər hesab edir, belə dar bucaqdan baxmağın nəticəsində media sferasında təhlükəli xaosun tərəfdarına çevrilir və ya tərəfdarı olduğunu nümayiş etdirir. Xüsusilə media sferasinda sistemliliyin, nizam-intizamın, qeydiyyat və uçotun zəruriliyini necə dərk etməmək olar?!

   Neçə həftədir özünü qabarıq göstərən təzahürlərdən biri yeni media qanunu layihəsinin tənqidçiləri arasında "reket mediaçılıq" üslubunun tərəfdarlarının üstünlük təşkil etməsidir. Mənim özümün də ictimai müzakirələrdə Media qanunu barədə tənqidi çıxışlar etdiyim məqamlar var və olub. Tənqidlərimin qəbul ediləni də olub, müəyyən izahatlarla qarşılananı da olub. Bütün hallarda tənqid və təftişlərimdə sağlam motivin şübhəli görünməsinə və ya inkarçılığa çevrilməsinə heç cür imkan verməmişəm. Çoxlu sayda həmkarlarımız  və ekspertlər də özlərini bu mövqedən göstərirlər. Maraqlıdır ki, "reket mediaçılıq" üsuluna yaxınlığı ilə seçilənlər bu sahədə sistemin formalaşmasına imkan vermək istəmir, bundan narahat olurlar. Özlərinin yanlış və ziyanlı mövqelərini guya azad media prinsiplərinə ən uyğun ideya kimi təlqin edirlər, əslində isə media sektorunda qanuni və mütərəqqi yaradıcı sistemliliyin inkarı mövqeyinə yuvarlanırlar. Diqqətlə təhlil etdikdə bu cür dairələrin mediada sistem yaratmağa hesablanmış maddələri daha çox hədəfə aldıqlarını görürük. Əlbəttə, burada sistem deyəndə hamının sağdan, soldan, arxa və öndən məhdudlaşdırılmış bir çərçivəyə salınmasından söhbət getmir. Ondan gedir ki, media sektorunda mürtəce və dağıdıcı təzahürlərdən mümkün qədər yan keçmək üçün hər şeyin qanun maddəsi ilə tənzimlənməsinə nail ola bilək. Məsələn, yeni qanunda Media reyestri, vahid kartlar kimi yeniliklər nəzərdə tutulur. Heç bir media qurumu və jurnalistin məcburi qaydada həmin reyestrə salınmayacağını yüz dəfələrlə demişik. Onu da deyiblər ki, heç kimin cibinə dövlətin tanıdığı jurnalist vəsiqəsini zorla gətirib dürtməyəcəklər. Hər şeyin könüllü qaydada baş verəcəyini daha nə qədər izah etmək lazımdır?! Üstəlik, jurnalistin bir cibində dövlətin, o biri cibində isə öz media orqanı rəhbərinin təsdiqlədiyi vəsiqəni gəzdirmək hüququ da rəsmən tanınır. Həm də bunlar onun üçün edilmir ki, bəzilərinin hay-küy qopardığı kimi, media və jurnalistlər nəzarətə götürülsün. Qətiyyən. Məgər "Spravoçniklərə" öz media qurumumuzun ünvanı, əlaqə koordinatları, bioqrafiyası və sair barədə anket göstəriciləri daxil etmirik? Məgər bunları, məsələn, Vikipediya kimi sosial şəbəkələrdə yerləşdirmirik? Bunun bizim üçün xeyirdən başqa ziyanı var ki?! Media reyestrinə də məhz bu sorğu-anket məlumatları daxil ediləcəksə, bundan xortdan obrazı yaratmağın kimlərin marağında olduğu aydındır. Kimlərsə, əsasən də reket mediaçılar sektorda sistemin, qayda-qanun mühitinin yaradılmasına mane olmaq üçün belə şeylərdən istifadə edirlər. Həm də təkcə sistem ənənələrinin yarsnmasına mane olmurlar. Eyni vaxtda dövlətin bütün media orqanlarına və jurnalistlərə etibarlı hüquqi və sosial müdafiə mexanizmləri yaratmasına da mane olurlar. Dövlət medianı dəstəkləmək üçün bilməli deyilmi ki, neçə ədəd media ondan dəstək gözləyir? Və ya reket-meket yox, legitim jurnalistlərin dəqiq sayını bilmədən dövlət onların mənzil-məişət məsələləri ilə bağlı layihələri necə planlaşdıra bilər?!

Reket mediaçılıq üslubuna meylli və ya buna adət etmiş dairələr yeni qanunun ab-havasında köhnə "üslubçuluğun" işləməyəcəyini bilirlər. Yaxşı bilirlər ki, adı Media reyestrində olmayan qurumların ən azı ictimaiyyət tərəfindən etimadla qarşılanması mümkünsüz olacaq. Adları dövlətin tanıdığı Reyestrdə olanların isə "torbanı çiyninə keçirib qapılara düşmək" şansları olmayacaq. Yeni media mühitinin məsuliyyət və peşəkarlıq kimi meyarların üstündə mütləq dayanacağı şəksizdir. Bu halda isə reketlərin yaxşı bildiyi köhnə üslublar işə yaramayacaq.

   Reket mediaçılığa yaxın dairələrin media sektorunda sistemli fəaliyyət mühitinin yaradılmasına qarşı mübarizəsi ümumi maraqlardan uzaq olmaqla, sırf şəxsi və əsasən marginallardan ibarət qrupun  mənafelərinə hesablanıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ