şənbə günü, 03 oktyabr 2026
     

Müsəlman ölkələri Ramazan ayında kütləvi tədbirlərlə bağlı qadağaları sərtləşdirir...

Image


Koronavirusun hələ də yayılmaqda davam etməsi fonunda bir çox ölkələr yenidən sərt karantin qaydalarının tətbiqinə başlayıb. Bu hal Ramazan ayının başlaması fonunda müsəlman ölkələrində də özünü qabarıq büruzə verir.

Qardaş Türkiyədə Ramazan ayında kütləvi tədbirlərin qarşısının alınması üçün artıq müvafiq qadağalara start verilib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində bu xüsusda bildirib: “Türkiyədə koronavirus infeksiyasının yayılma risqini azaltmaq üçün Ramazan ayının ilk iki həftəsi “Evdə qal!” rejimi nisbətən sərtləşdiriləcək. Həftənin ilk beş günü tətbiq olunan bu rejim Türkiyə vaxtı ilə saat 19:00-dan ertəsi gün saat 05:00-dək tətbiq olunacaq. İlk iki həftə hədəfimizə çatmasaq, sonrakı dövrdə daha sərt tədbirlərin tətbiqi qaçılmazdır”. Qeyd edək ki, Türkiyədə aşkarlanan koronavirus infeksiyasına son yoluxmaların 85 faizi virusun “Britaniya” ştammıdır. Bundan başqa, ölkənin 11 vilayətində virusun “Cənubu Afrika”, 9 vilayətdə isə “Braziliya” növləri aşkarlanıb. Ölkə əhalisinin 80 faizi virus risqinin yüksək olduğu bölgələrdə yerləşir. Ramazan ayında koronavirusun yayılma risqinin qarşısını almaq üçün şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, həmçinin digər xidmət sahələri ayın sonunadək bağlanıb. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların izdihamlı şəkildə qatıldığı iftar və sahur kimi tədbirlərin keçirilməsi qadağan edilib. Bundan başqa, ölkənin Dəyanət İşləri Vəqfinin tövsiyəsinə əsasən, ötən il olduğu kimi, bu il də kütləvi namazlar olmayacaq.

Qazaxıstanda da Ramazan ayında məhdudiyyətlər artırılır. Artıq Almatıda koronavirus infeksiyasının qarşısını almaq məqsədilə məscidlərdə müqəddəs Ramazan ayında kollektiv namazın qılınması və kütləvi yığıncaqlar qadağan edilib. Şəhərin baş imamı Yerkinbek Şokai koronavirus pandemiyası üzündən Ramazan ayında xütbə yığıncaqlarının onlayn yayımlanacağını bildirib. Ramazan ayında oruc və ibadətlə bağlı bütün suallar mərkəzi məscidin çağırış mərkəzində cavablandırılacaq. Qeyd edək ki, Qazaxıstanın Akmola bölgəsində, Qərbi-Qazaxıstan vilayətində və Nur-Sultanda da Ramazan ayında kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. İranda isə koronavirus pandemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar Ramazan ayında da sərt qadağalar qüvvəyə minib. İctimai nəqliyyat da daxil olmaqla, bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Məlumata görə, İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, həmçinin bazar və ticarət mərkəzlərinin fəaliyyəti qadağan edilib. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanında da oxşar qadağalar qüvvəyə minib. Ekspertlər hesab edir ki, Azərbaycanda da bu fonda qabaqlayıcı addımların atılması, əhalinin təhlükəsizlik qaydalarına əməl etməsi vacibdir. Ölkəmizdə virusa yoluxma nisbəti ilə bağlı durum qənaətbəxş olsa da, koronavirus xəstəliyinə turtulanların sayı yenidən artan xətt üzrə inkişaf edir. Son həftələr ərzində ölkəmizdə də aktiv xəstələrin sayı artıb və bu səbəbdən əhali tərəfindən təhlükəsizlik tədbirlərinə daha ciddi riayət edilməsinə ehtiyac var. Qanunsuz olaraq keçirilən nişan, toy və digər kütləvi tədbirlərin artması ilə bağlı məlumatların statistikası təhlükəsizlik tədbirlərinə heç də hamı tərəfindən lazımı qaydada riayət edilmədiyini göstərir. Digər tərəfdən, ötən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bu səbəbdən imsak-iftar süfrələrində bir yerə yığışmaq koronavirusun yayılmasına əlavə zəmin yarada bilər.

Xatırladaq ki, ölkəmizdə tətbiq olunan karantin qaydalarına əsasən də kütləvi toplanma tədbirləri qadağandır. Bu səbəbdən Ramazanda kütləvi imsak-iftar süfrələri təşkil edilməməli, bayram və cümə namazlarının birlikdə qılınması pandemiya dövründə həyata keçirilməməlidir. Mütləq nəzərə alınmalıdır ki, oruc tutan şəxslər virusun hədəfinə daha tez çevrilir. İlk növbədə o baxımdan ki, oruc tutanlarda bədən immuniteti müvəqqəti olaraq zəifləyir. Zəif immun sistemi olan şəxslərin isə koronavirusa tutulma ehtimalı artır. Bu mənada, Ramazan ayında istər ibadət zamanı, istərsə də iftar süfrələrində insanlar toplu halda bir araya gəlməkdən məqsədyönlü şəkildə imtina etməlidir. Təbii ki, Ramazan ayı boyunca dini ayinlərin, mərasimlərin keçirilməsi pandemiya şəraitinin tələblərinə uyğun həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyi, insanların sağlamlığının qorunması məqsədilə açıq və qapalı məkanlarda kütləvi dini ayinlərin təşkili, bir yerə toplaşma yolverilməzdir. Bu, karantin rejiminin yenidən sərtləşdirilməsinin və yeni qapanmalara gedilməsinin qarşısının alınmasında da böyük əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edildiyi kimi, artıq bir çox müsəlman ölkələrində din xadimləri vətəndaşlara Ramazan ayında birgə namazın qılınmaması, birgə iftar mərasimlərinin keçirilməməsinə dair çağırışlar edib. Bu kimi məqamlar ölkəmizdə də nəzərə alınmalı, insanlar karantin qaydalarına əməl etməklə, vaksinasiya prosesinə fəal qoşulmaqla koronavirusa qarşı mübarizəyə öz töhfələrini verməlidirlər. Düzdür, Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Bu gün dünyada onlarla dövlət hələ də vaksin ala bilməsə də, Azərbaycanda artıq peyvənd problemi həll olunub və vaksinasiya işləri də həyata keçirilməkdədir. Amma burada vətəndaşlardan da çox şey asılıdır. Pandemiyadan qorunmağın isə məlum əsas qızıl qaydaları mövcuddur: tibbi maskalardan istifadə, gigiyena qaydalarına riayət, sosial məsafənin gözlənilməsi kimi qaydalara diqqət yetirmək olduqca önəmlidir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ