şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycana qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət qorxunc hal alır...

Image


Koronavirus pandemiyası hələ də dünyanı sarsıtmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), görülən bütün tədbirlərə baxmayaraq, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayının artıq 135 milyonu ötdüyünü bildirir.

Dünya ölkələri də həyəcan təbili çalır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski Ağ Evdə keçirilən iclasda ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başlanmasına dair xəbərdarlıq edib. Toplantıda ölkədəki epidemioloji vəziyyəti izah edən Valenski məruzədən kənara çıxaraq emosional fikirlər də səsləndirib: “Hazırda, sadəcə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru olaraq deyil, həyat yoldaşı, ana və övlad olaraq danışıram. Xahiş edirəm, bir az daha dözün. Fəlakətin yaxınlaşdığını bildirmək istəyirəm. Ümidli olmaq üçün xeyli potensial və inkişafımız var, ancaq hazırda sadəcə qorxduğumu deyə bilərəm”. Azərbaycanın qonşularında da vəziyyət qeyri-qənaətbəxşdir. Artıq İranda koronavirus epidemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar olaraq, ictimai nəqliyyat da daxil olmaqla, bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Ölkə prezidenti Həsən Ruhani də İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdikdən sonra təcili tədbirlər hazırlanaraq həyata keçirilib. İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, eləcə də bazar və ticarət mərkəzlərinin fəaliyyəti 10 gün müddətində qadağan edilib. İran xəstəxanalarında yer olmadığı üçün həkimlər yoluxan xəstələrə internet vasitəsilə məsləhət verirlər.

Gürcüstanda da koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür. Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də əhalini qaydalara maksimal şəkildə əməl etməyə çağırıb: "Əlbəttə ki, biz üçüncü dalğanın qarşısını almaq və sərt məhdudiyyətlərin tətbiqinə yol verməmək üçün mümkün olan hər şeyi etməliyik. Bunun üçün yeganə yol tələblərə əməl etməkdir. Qoruyucu maskadan düzgün istifadə, həmçinin kütləvi mərasimlərdən çəkinmək kimi elementar qaydalara əməl etmək lazımdır".Qonşu ölkədə mövcud məhdudiyyətlərin daha da sərtləşdiriləcəyi istisna edilmir. Qardaş Türliyədə dı gündəlik yoluxma sayı 50 mini keçir və burada da yeni dalğanın başlanmasından bəhs edilir. Artıq Azərbaycanda da yoluxma adi hala çevrilib, ölüm sayı da sürətlə artır və koronavirus bəlası mutasiya olunmuş formalarda özünü göstərməkdədir. Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bu fonda qeyd edir: "Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində həyata keçirilən vaksinasiya prosesi davam edir. İstehsal olunan bir çox vaksinlərin əldə olunması da virusla mübarizədə uğurlu strategiyalardan biridir. Amma hazırda müşahidə olunan yoluxma saylarının artımı paralel olaraq peyvəndləmənin də sürətinin artırılmasına zərurət yaradır. Əks halda yeni təhlükə meydana çıxa bilər".

Onun sözlərinə görə, təhlükə bundan ibarətdir ki, ölkədə "İmmunescape" mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər: "Yəni peyvəndlər virusa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xətlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir. Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmaya inamsızlıq yaranırsa, bununla bağlı tədbirlər görülməlidir. İnsanlara izah olunmalıdır ki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək virusla mübarizənin ən əsas mərhələlərindəndir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin". Ekspert bildirib ki, peyvəndlərin mövcudluğu insanlarda rahatlıq yaratmamalı və tətbiq edilən karantin qaydalarına riayət olunmaması anlamına gəlməməlidir: "Hər kəs qaydalara riayət etməli, tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli, istər qapalı, istərsə də açıq havada insanların toplaşdığı məkanlardan uzaq durmalıdır. Çünki qaydalara riayət olunmaması və nəticədə də yoluxma hallarının peyvəndləmə ilə paralel artması virusun yeni mutasiyalarının yaranmasına səbəb ola bilər ki, bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada belədir. Bir daha vurğulayıram ki, bundan daha da təhlükəlisi bu yeni əmələ gələcək mutasiyalara qarşı hazırki peyvəndlərin təsirsiz və ya az təsirli ola bilməsidir. Buna görə də hər kəs, həm müvafiq dövlət qurumları, həm də millətimiz bilməlidir ki, peyvəndləmənin sürəti artırılmalıdır".

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus isə bildirib ki, koronavirusa qarşı peyvəndlərin faydası onların mümkün yan təsirləri ilə bağlı risqlərdən dəfələrlə üstündür. O, 14 ölkənin hələ ki, bu prosesə başlamadığını bildirərək, dünyanın hər yerində vaksinasiyanı sürətləndirməyə çağırıb. ÜST-nin rəhbəri son altı həftə ərzində COVAX təşəbbüsü çərçivəsində 38 milyondan çox vaksin dozasının dünyanın 100-dən artıq ölkəsinə çatdırıldığını xatırladıb. Əlavə edib ki, hətta vaksinasiyanın başlandığı ölkələrdə belə, əhalinin qalan hissəsi bir tərəfə, bütün səhiyyə işçiləri üçün hələlik kifayət qədər dozalar yoxdur. Qebreyesus bir daha vurğulayıb ki, immunizasiya yoluxmanın qarşısının alınması və həyatın xilas edilməsi vasitələrindən yalnız biridir. O, virusa qarşı digər müdafiə tədbirlərini də zəiflətməməyə çağırıb.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ