Bazar ertəsi günü, 17 avqust 2026
     

Məscidlərimizdə kütləvi namaz mərasimlərinin pandemik təhlükələri...

Image


Məlum olduğu kimi, Azərbaycanda pandemiya ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bir sıra sahələrlə yanaşı, insanların toplaşdıqları ibadət yerlərində, məscidlərdə kütləvi ibadətlərin keçirilməsi təxirə salınıb. Bu, birbaşa epidemioloji vəziyyətlə əlaqədar olan məsələdir. Məscidlər və ibadət yerləri də daxil olmaqla, insanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır.

Sirr deyil ki, koronavirusun kökünün tam kəsilmədiyi bir vaxtda məscidlərdə kütləvi namaz qılınmasının böyük pandemik təhlükəsi var. Kütləvilik olan yerdə sosial məsafəni qorumaq, ümumiyyətlə, mümkün deyil, bu da sözsüz ki, virusun yayılmasına geniş şərait yarada bilər.

Bildiyimiz kimi, avqustun 21-də Məhərrəm ayı başlayır və əvvəlki illərdən fərqli olaraq, bu dəfə Azərbaycanda məscidlərdə dini ayinlərin kütləvi formada keçirilməsinə pandemiya səbəbindən məhdudiyyət qoyulub.

Bu ilin əvvəlində dünyada yayılan COVID-19 virusu məktəblərin bağlanmasına, toy, nişan, ad günü və yas mərasimlərinin təxirə salınmasına səbəb olub. Eyni zamanda, qeyd etdiyimiz kimi, koronavirusun geniş yayılmaması, bu xəstəliyə görə ölən insanların sayının artmaması üçün qapalı məkan olan və insanların kütləvi toplaşdığı məscidlərin də fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

  • “Pandemiya risqini nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün məscidlərimizdə kütləvi ibadətlərin, tədbirlərin təxirə salınması daha məqsədəuyğun sayılır”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, indiki şəraitdə məscidlərimizdə kütləvi namaz mərasimlərinin keçirilməsi böyük pandemik təhlükələrə səbəb ola bilər, odur ki, pandemiya bitənə qədər məscidlərdə kütləvi ibadətlərin təşkil edilməsi müvəqqəti olaraq təxirə salınıb. “Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarına əsasən, bütün kütləvi mərasimlərin keçirilməsi təxirə salınıb. Yəni pandemiya ilə əlaqədar olaraq toyların, nişan mərasimlərinin və sair tədbirlərin keçirilməsi dayandırılıb. Bütün bu tədbirlər virusun yayılmasının qarşısının alınması üçün görülüb. Kütləvi mərasimlərdə çoxlu sayda insan iştirak edir, onlar kütləvi şəkildə namaz qılır, ayinlər icra edirlər. Ona görə də ibadət yerlərində insanların virusa yoluxmaması üçün məscidlərdə kütləvi ibadətlərin, ayinlərin icra edilməsi dayandırılıb. Bu, yoluxma hallarının qarşısının alınması üçün daha məqsədəuyğundur.

Bilirsiniz ki, qarşıdan Məhərrəm ayı gəlir. Pandemiya vəziyyətində məscidlər ibadətlərə açılarsa, Məhərrəm ayı ilə bağlı ibadət etmək, namaz qılmaq, ayinlər icra etmək üçün yüzlərlə insan məscidlərə gələ və bu amil də virusun yayılması ilə bağlı təhlükə yarada bilər. Bu səbəbdən də virusun yayılmasının qarşısının alınması və bu istiqamətdə yarana biləcək təhlükənin qabaqlanması üçün məscidlərdə kütləvi ibadətlər təxirə salınıb”.

QMİ sədrinin müavini qeyd etdi ki, məscidlərdə kütləvi ibadətlərin, cümə və camaat namazlarının, eləcə də ayinlərin təxirə salınması müvəqqəti xarakter daşıyır. Müsahibimiz onu da vurğuladı ki, nə qədər pandemiya davam edəcəksə, biz bu məsələdə bir o qədər ehtiyatlı olmalıyıq. “İnşallah, dünyada pandemiyanın qarşısı tam alındıqdan və bu bəla sovuşduqdan sonra insanlar rahat şəkildə gedib məscidlərdə ibadətlərini edərlər, toylarını, ad günlərini, kütləvi mərasimlərini keçirərlər. Amma pandemiya risqini nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün məscidlərimizdə kütləvi ibadətlərin, tədbirlərin təxirə salınması daha məqsədəuyğun sayılır”.

QMİ sədrinin müavini bildirdi ki, bu gün dindarlar evlərində ibadətlə məşğul ola və onlayn şəkildə insanlarla əlaqə yarada bilərlər. Onun sözlərinə görə, onlar onlayn şəkildə dini söhbətlər etməklə əhaliyə öz faydalı tövsiyələrini verə bilərlər. “Biz də istəyirik ki, insanlar yoluxmasın, fəsadlar baş verməsin, ölməsinlər. İnsan ölümü çox dəhşətlidir və Quran da buyurur ki, öz əlinlə özünü təhlükəyə atma. Bir insanı öldürmək bəşəriyyəti öldürmək, bir insanı diriltmək bəşəriyyəti diriltmək deməkdir. Ona görə də biz Quranın və Peyğəmbərin buyurduqlarını əsas götürərək bu addımı atırıq. Müvəqqəti olaraq bu ayinlərin, xüsusən də namaz və digər kütləvi mərasimlərin keçirilməsi hələ ki, təxirə salınıb. İnsan öz evində namazını qıla, ibadətini edə, ayini icra edə bilər, sadəcə, bu məsələdə kütləvilik təmin edilə bilməz. Bunun da səbəbi virusun yayılması, insanların həyatının  təhlükədə olmasıdır. Dinimiz də onu deyir ki, təhlükəyə getməyin, dayanın və səbrli olun. Ruhanilər, din xadimləri, mərsiyə deyənlər internet imkanlarından istifadə edərək milyonlarla insana öz fikirlərini onlayn şəkildə çatdırsınlar, öz nitqlərini, söhbətlərini yayıb insanları maarifləndirsinlər. Onlar onlayn şəkildə də dinlə bağlı faydalı məlumatlar verə bilərlər” - deyə QMİ sədrinin müavini qeyd etdi.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ