18/09/2020 10:48
728 x 90

Türkiyə Ermənistan iqtidarının türk millətinin cırıb atdığı Sevr sazişini 100 il sonra gündəmə gətirmə cəsarətini absurd adlandırdı

img

Türkiyə Xarici İşlər Nazirliyi Sevr sazişinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyəti tərəfindən yayılan açıqlama ilə bağlı bəyanat yayıb.

“Birinci Dünya müharibəsinin sonunda vətənimizi parçalayaraq müstəqilliyimizə və suverenliyimizə son qoymaq məqsədi daşıyan Sevr sazişi işğal və məhv planlarının həyasızca ortaya qoyulduğu bir ibrət vəsiqəsidir.

Türk milləti qəhrəmanlıq göstərdiyi Qurtuluş savaşından sonra 1923-cü ilin iyul ayının 24-də imzaladığı Lozanna sülh müqaviləsi ilə Sevr sazişini cıraraq tarixin zibilliyinə atıb. Aradan bir əsr keçməsinə baxmayaraq, tarixdən dəsr çıxarmaq əvəzinə düşmənçilik yaradanların bu sənəddən mədət umması təəccüblü deyil.

Türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərs və imperializmə vurduğu ağır zərbə tarix kitablarında “dərs” olaraq öyrədilir. Bu şərəfli mübarizə digər məzlum millətlərə nümunə olub.

Bu gün öz xalqının qayğısını çəkməkdə belə aciz qalan Ermənistan iqtidarının 100 il sonra türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməyə cəsarət etməsi absurddur.

Belə məkrli əməllərə qapılanlar bilməlidir ki, Türkiyənin vətəni və milləti ilə bölünməz birliyini davam etdirmə qərarlılığı qarşısında həvəsləri qursaqlarında qalacaq.

İllərdir Azərbaycan torpaqlarında qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağıllarını başlarına almasının vaxtı gəlib”, - bəyanatda deyilir.

Son xəbərlər