çərşənbə günü, 14 oktyabr 2026
     

Karantinin gərəkli və gərəksiz qurumları - Yunus Oğuz yazır

Image


İnsan lazımlılığını, gərəkli olduğunu hiss etməyəndə korlaşır, formadan düşür, son nəticədə düşgünləşir. Bax, evdə xanım əfəndi deyir ki, filan otaqda lampa yanıb, onu dəyiş. Sən də dərhal əmri icra etmirsən. Hələ düşgün vəziyyətdəsən. Evə gəlib çörəyini yeyirsən, televizoru açıb kanalları bir-bir dəyişərək divanda uzanıb şellənirsən. Nə vecinə, evdə bir işin yox. Paltar yumursan, xörək hazırlamırsan, döşəmə silmirsən, ütüyə heç yaxın getmirsən. Olsa-olsa, səhərlər yuyunursan, üzünü qırxırsan, sonra da işə. Daha səndən sonra evdə uşaqlar vecinə deyil. Axşam da geri qayıdanda yenə hər şey təkrar olur.

Vay dədə, vay... Bu qadınlar təkrarçılığa necə dözürlər? Əsas da odur ki, sən düşgünləşirsən, gərəksizləşirsən. Elə ki, lampanı dəyişdin, sanki qəhrəmanlıq eləmisən, şəstlə deyirsən ki, dəyişdim. Pah atonnan! Deməli, sən də evdə ev işləri üçün yararlı olarsanmış. Gərəklilik bax budur. Pandemiya zamanı gərəkli olmaq özünü daha çox büruzə verir, çünki sərt karantin rejimi ailəni bir-birinə daha da yaxınlaşdırdı. Gördüyün, danışdığın evdəkilərdir. Bir də telefonla danışdığın insanlar. Telefonda ləzzət vermir. Canlı ünsiyyət başqa şeydi e... Canlı ünsiyyət gərəkliliyin, lazım olmanın ən yuxarısıdır... Bax, bu neçə aylıq karantin rejimində (Allah bu virusu deyəsən elə ona görə göndərib) bir sıra hökumət qurumları var ki, dəridən-qabıqdan çıxırlar özlərinin gərəkliliyini sübut etsinlər. Kişilər guya işləyirlər. Bir sıra qurumlar var ki, sən demə heç gərək deyillərmiş. Deməli, onları qapatmaq gərəkdir, havayı pul alırlar. Hə, ermənilərdən bir lətifə yazım, sonra keçək gərəkli və gərəksiz qurumlara. Deməli, Haykanuş əri Akopdan soruşur ki, matağa, bu atom bombası nədir, elə hamı ondan danışır. Akop dostluq eləmədiyi başını müdrikcəsinə yelləyib cavab verir ki, axçi, bu nədirsə çox qiymətli şeydir, deyilənə görə qiyməti milyon dollardan çoxdur. Haykanuş milyon dollar sözünü eşidən kimi iki əlini də göyə qaldırıb dua eyləyir: "Ay Allah, nolar, sən atom bombasını bizim həyətə göndər ki, biz də bir gün görək". İndi bu virus da bizim həyətimizə və həyatımıza elə daxil olub ki, daha atom bombası atmağa ehtiyac qalmayıb. COVİD-19 hər şeyi yerbəyer edir. O gün oturmuşam bizdə istehsal olunan SAMSUNG televizorunun (gör nə qədər irəli getmişik ey...) qarşısında şanlı, qanlı, sayın canlı kanallardan birinə baxıram. Çevik, operativ qəragahın brifinqi keçiriləndə bütün kanallar (həm də xəbərlər verilişində) gözə görünən kameralar, gözə görünməz başlar sayəsində bir kanala çevrilirlər. Elan olunur ki, avqustun beşindən çimərliklər xalqın xahiş-minnətindən, çoxsaylı müraciətlərindən sonra açılacaq. Özü də dərhal "TƏBİB" qardaşımızın nümayəndəsi, (yeri gəlmişkən, bu qardaşın təsis olunması Səhiyyə Nazirliyinin gərəksizliyini ortalığa qoydu. Əgər Oqtay Şirəliyev vardısa "TƏBİB"ə nə hacət qalmışdı) dənizin duzlu suyunu və havasını bu "gorbagor" virusla mübarizədə hansı məziyyətlərə malik olmasını və keyfiyyətlərindən danışır. Stop... Deməli iyun-iyul aylarında bütün bildiklərini bilə-bilə demirdin ki, gərəkliyini, lazımlığını yuxarılara sübut edəsən. Belə etməsən nəyə gərəksən? Bağlayarlar, bağlamasalar da gərəksiz quruma çevrilərsən. Onda da bütün gələcəyini zindanın üstünə qoyarsan, qalır o çəkici əlində bərk-bərk tutan oğlanın zindana ağır bir zərbə vurması. O zaman sənin ayılmağın getdi... e.. Yox, amma elə oğlanlar var ki, bu ağır zərbədən sonra ayılıblar, hətta cırmaqlaşa-cırmaqlaşa yuxarı dırmaşmağı da bacarıblar. Brifinqdə "TƏBİB"dən geri qalmasın deyə şəhər İcra hakimiyyətinin nümayəndəsinə söz verilən kimi, pah, fişəng partladı. Qardaşım dedi ki, çimərliklər açılan kimi hamısına zibil qutuları yerləşdirələcək. Rəhmətliyin oğlu restoran, kafe bağlı, bunlar nə yeyəcək ki, zibilə də çıxsınlar. Ən əsası da belə çıxır ki, keçən il, inişil, ondan qabaqkı illər çimərliklərdə zibil qutusu olmayıb, bu virusa görə bu qutular qoyulacaq. Meşədi İbad demişkən: "heç hənanın yeridir?" Zibil qutusu cari işlərə aiddir, brifinq kimi mötəbər yerdən virus kimi nəhəngi zibilləmək olmaz. Başa düşürəm ki, gərəkliyinizi göstərmək lazımdır. Deyə bilərdim ki, 31-ə qədər şəhəri neçə dəfə yuyub, süpürəcəksiniz. Yoxsa zibil qutusu. Çimərlik açıldı, nə olsun? Altı və bazar günləri avtobuslar işləmirsə çimərlikləri niyə açırdınız? Amma açmaq lazımdır, çünki xalq vay-şivən edir, əl atırdı ki, "bizə dəniz verin, o bizsiz darıxır". Gərəkliyini göstərmək üçün bir para adamlar çevik qərargahı razı sala bildilər ki, əşi dənizi istəyirlərsə verin də, dünya dağılmayacaq ki..., ancaq içindəkilərini vermək olmaz, yəni kürünü, nefti, qazı...onlar dövlətindir. Bundan sonra gərəkli məmurlar gərəkli-gərəkli guya işlər görməyə başladılar. Məmurlar lazımlılıq dərəcəsini artırmaq üçün daha nələr etmirlər. Gərəksiz qurumlardan biri kənd təsərrüfatıdır. Bunu isbat etmək üçün çox da uzağa getmək lazım deyil. Bax, elə lap bu yaxınlarda nazir müavini politologiya ixtisaslı bir şəxs təyin edildi. Gör nə qədər gərəksiz bir quruma çevrilib ki, xırda və iribuynuzlu heyvanlara guya siyasi mühazirə oxumaq üçün politologiya ixtisası ən gərəklisidir. Mühazirənin mövzusu belədir: "Xaricdən idxal olunan ət məhsullarının qarşısını almaq üçün milli heyvanlarımızın rolu və inkişafı". Maraqlı mühazirə olardı. Bu qurum gör nə qədər gərəksizə çevrilib ki, taxıl biçini vaxtı buğdanın qiyməti düşmək(adətən bu vaxtlar əlli faiz qiymət düşürdü) əvəzinə "ceyran" belinə qalxdı, Səbəb quraqlığı göstərdilər. Axı işverənlər, ay sizi..., bilirlər ki, heç bir qurum iqlimə qarşı cinayət işi qaldırmayacaq. Onsuz da camaat əkdiyini əkir, biçdiyini biçir. Yaşamaq üçün bundan başqa bir yol yox. Ta onda sizə nə hacət? Gərəkli qurumlardan hələlik üçünün adını çəkirəm. Gömrük, vergi və maliyyə. Pis-yaxşı birinci iki qurum profisit yaradıb ki, büdcəni əmzik kimi əmən məmurlar ac qalmasınlar. Polisi də gərəklilər siyahısına qatmaq olar, ancaq sən allah, yol polislərini trassada, postlarda sənəd yoxlamağa qoymayın. Şıdrığı alver gedir, "qaz vurub qazan doldururlar". Kimi istəyir geri qaytarır, kimi istəyir müşayiət edirlər. Pul olan yerdə karantin yaddan çıxacaq. Elə biləcəklər ki, "Uzaq sahillərdə" filmindəki partizanları satan Karanti gəlib. Onu da qarşılayıb, yola salmağa hazırdırlar. O gün bir tanışımla telefonda danışıram. Gileylənir. Deyir ki, anektoda bənzər bir hadisə danışım. Xala-xətrin qalmasın deyə hökumətdən 190 manatı mən və arvadım yardım almaq üçün onlaynda ərizə yazdıq. Bir azdan arvada ismarıc gəldi ki, bəs həyat yoldaşınız iki avtomobili (doğurdanda iki maşını var) olduğu üçün sizə birdəfəlik müavinət düşmür. Danışır ki, gülməlisi bundan sonra başladı. Bir saat keçməmiş mənə də mesaj gəldi ki, sizin ərizəyə müsbət cavab verilib və iki dəfə də 190 almışam. Indi mən suallar içində boğuluram. Öz-özümə deyirəm ki, ayə görən bu xanım mənim arvadımdı? Ya da mən bunun əri deyiləm. Dedim səndə və Sosial Müdafiə Fondunda heç bir günah yoxdur. Bütün günahlar statistikaya yönəlməlidir. Zalım uşaqları siyahıya almada elə gərəkli olmaqlarını göstəriblər ki, ekstrimal şəraitdə bir neçə qurum bunların zibilinin altından çıxa bilmir. Elə bil yetmişinci illərin "pambıq pripiskasını" eləyirlər. Əhalinin 70-80 faizindən heçnə soruşmadan ağıllarına necə gəlib, əllərinə jeklərdən nə sənədlər düşüb doldurublar. Fövqəladə vəziyyətdə bunun altını sosial müdafiə və başqa qurumlar çəkirlər. Day belə olacaqdısa bu statistikaya bu qədər xərc çəkməyə ehtiyac vardımı? Yox, gərəksiz qurumdur. Yoxlasan, görərsən ki, bu qurum nə qədər ölünü dirildib, nə qədər dirini öldürüb, neçəsinə kağız üzərində ev tikib, neçəsinin evini yıxıb. Gərəksizlərdən biri də qida təhlükıəsizliyi qurumudur. Onsuz da xalq əlinə nə keçir yeyir, yediyindən artıq nə qalırsa(əgər qalırsa) satır, ya da zibil yeşiyinə atır ki, it-pişik də yazıqdır gəlib yesin. O zaman hansı təhlükəsizlikdən danışmaq olar? Insan ərzağını güclə tapır və həzmi-rebdən keçirmək istəyəndə qida agentliyinin işçiləri yazığın başınınn üstünü kəsir ki, a kişi, bir dayan görək, hələ yemə, görək axırı necə olur. Əlqərəz, karantin vaxtı gərəkli və gərəksiz qurumlar kifayət qədərdir, qalanını da gələn yazıda yazacam. Onları xalqın nəzarətindən kənarda saxlamaq olmaz, yoxsa özüm ölüm, inciyərlər ki, bəs bizim adımızı niyə çəkmədin. Mən də bu yazını gərəkli olmağımı göstərmək üçün yazdım.

P.S. Hə, iş adamlarının gözləri aydın! Əgər məktəblər və ali məktəblər onlayn təhsil sisteminə uzunmüddətli keçsələr gözəgəlimli yerləri "zəbt edə", yaxud özünküləşdirə bilərlər. Bu zaman gərəksiz məmurlar ən gərəklilərə çevriləcəklər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 13:35
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ