çərşənbə günü, 14 oktyabr 2026
     

Bayrağını Bayrağımın yanına sanc, qardaş!!! Azərbaycan Türkünün tarixi çağırışı...

Image


Tanınmış ictimai-siyasi xadim, türkçü alim, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədri, professor Əjdər İsmayılov türk dövlətlərinin başçılarına və bütün türk dünyası insanlarına tarixi çağırış edib.Çağırışda ta qədimdən ermənilərin türklərə qarşı apardığı məkrli siyasət, amansız soyqırım və terror əməlləri, 12 iyul Tovuz təxribatı və bu təxribatdan dünya ölkələrinə yayılan erməni vandalizmi pislənir. Bütün Türk dünyasının VAHİD MƏRKƏZDƏ birləşməsinin vacibliyi vurğulanır. Müraciətin tam mətnini təqdim edirik;

Türk dünyasının Ağsaqqalı, Elbası cənab Nursultan Nazarbayevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekova, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə, Türkmənistan Respublikasının Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədova, Macarıstan Respublikasının Prezidenti cənab Viktor Orbana, Quzey Kıprıs Türk Cumhuriyyətinin prezidenti cənab Mustafa Akıncıya və "Mən Türkəm" deyən, dədə kökünə bağlı qeyrətli bütün qardaş əhaliyə Azərbaycan Türkünün tarixi çağırışı Əziz qan qardaşlarımız, can qardaşlarımız, XXI əsr bəlalı əsrdir! Bu gün gözlərimiz qarşısında bəşər tarixində sağlam ağlın qəbul etməyəcəyi ölümlü, fəlakətli bir eranın əsası qoyulur. Türkün tarixən qanlı düşmənləri olmuş dünyanın məlum yırtıcı dövlətləri son illər daha da fəallaşmışlar. Onların məqsədi müxtəlif adda yaratdıqları qəddar terror dəstələrinin köməyi ilə Türkiyə Cümhuriyyətini parçalamaq, onu aradan götürmək və bununla da qonşu türk dövlətlərini ələ keçirməkdir. Türk hansı coğrafiyada yaşayır yaşasın, düşmən üçün fərqi yoxdur, "Türk" adı onlar üçün fəlakətdir! Dünyada baş verən hadisələri bu gün bir an da olsun nəzərdən qaçırmayan, şeytan siyasəti ilə "qarşılıqlı dostluq" diplomatiyası üzərindən hər şeyi izləyən, yaranacaq siyasi şəraitdən istifadə edərək, qəddar "parçala, yaşa!" iddiasında olan yırtıcı dünya cahangirləri də bizlərə məlumdur. Əgər ölkələrimizin suverenliyini, müstəqilliyini qorumaq üçün düşmənlərimizə qarşı bütün qüvvələrimizi bir yumruqda birləşdirəcək "Vahid Türk Birliyi" qardaşlıq qərargahı yaradılmasa, gələcək nəsillərimiz bizi bağışlamayacaq! İyulun 12-də Erməni Respublikasının silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhəddinin Tovuz rayonu sahəsindən, Tovuz rayonunun kəndlərini güclü raket atəşinə tutdu, çoxsaylı qüvvə ilə Azərbaycan Pespublikasının dövlət sərhədini pozub, torpaqlarımızı işğal etməyə cəhd göstərdi. Ancaq rəşadətli ordumuz düşmənin kəndlərimizi atəşə tutan raket qurğularını, hərbi sursat anbarlarını, yüksək hərbi qərargahlarını aramslz raket atəşləri ilə darmadağın etdi. Onlarla canlı qüvvə itirən düşmən geriyə çəkilməyə məcbur oldu. Erməni Respublikasının işğalçı və terrorçu ölkə olduğunu bütün dünyaya bəyan etmək üçün Los-Ancelesdə yaşayan Azərbaycan və Anadolu türkləri bayraqlarla şəhərin küçələrinə çıxdılar. Əziz qan qardaşlarımız, can qardaşlarımız! Sizin bayraqlarınızı bizim bayraqlarla bir sırada görməyən, "Türk" sözünə can verməyə hazır olan bir Azərbaycan türkü necə təəssüf etməsin? Axı, biz bu gün ayrı-ayrı cöğrafi ərazilərdə yaşasaq da, qədim tarixdən Şərqdən Qərbə nəhəng nəsil budaqları uzanan Böyük Turan ağacının qan bir, can bir övladlarıyıq. Əgər imkan versək, düşmən bu budaqları tək-tək budasa, o təkrar öz baltamızla Dədə kökümüzə amansız divan tutacaq. Tarix yenidən təkrar olacaq. Dünyada terror təşkilatı kimi tanınan "ASALA" sayca bizimkilərdən dəfələrlə çox olan bir qüvvə ilə dünyadan haqq və ədalət tələb edən türklərə polisin gözü qarşısında əllərindəki soyuq silahlarla qəddarcasına divan tutdular. Los-Anceles və Brüssel hadisələri gözümüzün önündə baş verdi. Amerika, Fransa və bəzi Avropa dövlətləri tərəfindən türklərə qarşı açıq şəkildə himayə edilən, qorunan başqa terror təşkilatları kimi, "ASALA" da ənənəvi terror planını həyata keçirmək üçün dünyadan çəkinmədən yenidən ayağa qalxmışdı. İnsanlıq düşməni olan "ASALA" hər hansı türkün evini nişan verən adama 500 dollar mükafat verəcəyini elan etdi. Unutmayın, qardaşlar, ermənilərin bu qanlı planında ancaq Azərbaycan və Anadolu türk ailələrindən söhbət getmir, istinasız bütün türklərdən söhbət gedir. Əsrlərlə avropalı cahangirlərin - yunanların, romalıların qılıncı altında qan ağlamış qədimdən qədim türk torpaqlarımızı babamız Sultan Mehmet Fateh 1453-cü ildə işğaldan azad etdi, möhtəşəm çağdaş İstanbulu Turan elinin Avropa qapısı olaraq bizlərə miras qoydu. XXI əsr Turan İntibahı əsridir! Türkün üzünə Avropa qapılarını taybatay açmış İstanbul Böyük Turan İntibahının başlanğıc rəmzidir!!! Tarixi zərurət Orta Asiyanın, Quzey Kıprısın və qədimdə avropalı əhali arasında "Avropanın sülh qılıncı" şöhrətilə tarixləşən Atilla babamızın macar-türk nəslinin qurucusu olduğu Macarıstanın dövlət bayraqlarının yan-yana dayanmasını diktə edir. Bunun üçün qardaş Türk dövlətlərinin Avropanın mərkəzi şəhəri kimi Sultan Mehmet Fatehin ruhunu yaşadan İstanbulu möhtəşəm qalaya çevirmək, orada dünyanın hansı coğrafiyasında yaşayırsa yaşasın, fərqi yoxdur, bütün Türk diasporlarını bir ailədə birləşdirəcək "Vahid Türk Birliyi" qərargahı yaratmaq bizim tarixi borcumuzdur! Orta Asiyadan və Azərbaycandan keçən Şərqlə Qərbi birləşdirən, Türkün Qan Damarının mühafizi İstanbul tarixi düşmənlərimizin qarşısında gələcək nəsillərimizin Qara dənizdə, boğazlarda, Aralıq (Ağ) dənizində öz hakimiyyətlərini möhkəmləndirmək üçün Avropanın mərkəzi olaraq əbədi türk qalasına çevrilməlidir. Günümüzədək beynəlxalq aləmdə türk dünyasının xilaskarı Mustafa Kamal Paşa Atatürkün qurucusu olduğu Türkiyə Cümhuriyyətinin və Milli xilaskarımız Heydər Əliyevin banisi olduğu Müstəqil Azərbaycan Respublikasının dövlət bayraqları yanaşı dalğalanmaqdadır. Ümidvaram ki, tezliklə bütün Türk dövlətlərinin bayraqları da qanı bir, canı bir olan qardaş bayraqları arasında sancılacaqdır. Bu, qədim ümumtürk tarixinin XXI əsr epoxasının başlanğıc tarixi olacaqdır, inşallah! Odur ki, bayrağını bayrağımın yanına sanc, QARDAŞ!!!

Hörmət, ehtiram və qardaş məhəbbəti ilə: Əjdər İsmayılov (Tağıoğlu)

"Turan Araşdırma Mərkəzi" İB-nin sədri, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 13:35
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ