22/01/2020 09:08
728 x 90

Türkiyə ordusu Liviyada... Ölkə müftisi hakimiyyəti Ərdoğanın hərbi dəstək təklifini qəbul etməyə çağırdı

img

Liviya müftisi Şeyx Sadiq Al-Qariani (Şeyx Sadiq Əl Qazi) ölkə rəhbərliyini Türkiyənin hərbi dəstəyini qəbul etməyə çağırıb.

Baki-xeber.com xəbər verir ki, Şeyx noyabrın 27-də Liviya ilə Türkiyə arasında imzalanan və iki ölkənin dəniz sərhədini müəyyənləşdirən razılaşmadan məmnun olduğunu deyib.

Al-Qariani Türkiyənin hərbi dəstək çağırışını xatırladaraq deyib ki, Liviya hakimiyyəti Xəlifə Haftarı və paytaxta hücum edən xarici dəstəkçilərini geri püskürtmək üçün təcili olaraq Türkiyənin hərbi dəstəyini qəbul etməlidir.

Bundan əvvəl telekanallardan birinə müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya hökumətinin xahişi ilə bu ölkəyə hərbçilərin göndərilməsi variantını istisna etməyib.

"Əgər Liviya və hökumətdən belə bir təklif (Liviyaya Türkiyə hərbçilərinin göndərilməsinə dair) gəlsə, bizim belə bir hüququmuz olacaq... BMT Liviyaya silah satmağa qadağa qoyub. Lakin hərbçilərin Liviyaya göndərilməsini BMT-nin qərarı çərçivəsində dəyərləndirmək lazım deyil. Əgər belə bir dəvət gəlsə, Türkiyə özü qərar verəcək və heç kimdən razılıq istəməyəcək", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Ərdoğan və ölkənin müəyyən hissəsinə nəzarət edən Milli Birlik Hökumətinin rəhbəri Fayez Sarrac noyabrın sonunda hərbi sahədə əməkdaşlıq və dəniz zonaları haqqında qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.

Yunanıstan, Misir və Liviyanın şərqində olan Nümayəndələr Palatası (Parlament) Türkiyə - Liviya memorandumunu qanunsuz və etibarsız adlandırıb. Liviyanın Afinadakı səfiri ötən cümə persona non-qrata elan edilib və Yunanıstanı tərk etməsi üçün ona üç gün vaxt verilib.

Son xəbərlər