18/11/2019 10:22
728 x 90

NATO baş katibindən Rusiyanı qıcıqlandıracaq açıqlama... Ukraynanın alyansa üzv olmasına qərar verildi

img

NATO baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya üzv ola biləcəyini açıqlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, baş katib bunu Ukraynanın "1 1" televiziya kanalına Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirərəkən deyib.

Monteneqronun iki il əvvəl NATO-ya qoşulduğunu xatırladan Stoltenberq "Şimali Makedoniya bir neçə ay ərzində NATO-ya üzv olacaq. Heç kim Polşa və Baltikyanı ölkələrin Berlin divarının yıxılmasından sonra NATO-ya üzv olacağını təsəvvür edə bilməzdi" deyib.

Stoltenberq, Ukraynanın da NATO-ya üzv ola biləcəyinə işarə edib: "Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasına qərar verdilər. Biz Ukraynanın NATO-ya qoşulması üçün lazımi islahatları aparması və cəmiyyətini modernləşdirməsi məsələsində kömək edəcəyik".

Baş katib bundan əvvəl Kiyevə səfər edərək NATO-nun qapılarının Ukrayna üçün açıq olduğunu bildirmişdi.

Son xəbərlər