Türkiyə Suriyanın şimal-qərbində İslam Dövləti qrupunun öldürülmüş liderinin böyük bacısını ələ keçirdiyini bildirib.
Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, yüksək səviyyəli Türk rəsmisinin verdiyi məlumata görə, Əbu Bəkr Əl-Bağdadinin bacısı bazar ertəsi axşam saatlarında Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı konteynerə basqın zamanı ələ keçirilib.
Əbu Bəkr Əl-Bağdadinin bacısı haqqında məlumat azdır. Qurum rəsmisi 65 yaşlı Rəsmiyə Avadın ekstremist qruplaşma ilə əlaqədə olmaqda şübhəli bilindiyini söyləsə də, bunu dəqiqləşdirməyib. Rəsminin sözlərinə görə, əl-Bağdadinin bacısı basqın zamanı əri, gəlini və beş uşağı ilə birlikdə olub.
Verilən məlumata görə, böyüklər hökumətin protokoluna uyğun olaraq anonimlik şərtilə dindirilib.
İraqın Samərra şəhərindən olan Əl-Bağdadi ötən ay ABŞ-ın İdlib əyalətindəki reydi zamanı öldürülüb.
Əl-Bağdadinin bacısının tutulduğu ərazi 2016-cı ildən başlayaraq İŞİD yaraqlılarını və kürd döyüşçülərini təqib etmək üçün hərbi əməliyyat həyata keçirdikdən sonra Türkiyənin idarə etdiyi bölgədir. Müttəfiq Suriya qrupları Fərat Qalxanı zonası kimi tanınan əraziyə nəzarət edir.