Rusiya Berlinin Suriyada “beynəlxalq nəzarət altında təhlükəsiz zona” təklifini rədd etdi

Moskva Berlinin Suriyanın şimalında beynəlxalq nəzarət altında təhlükəsiz zona yaradılması təklifini qəbul etməyəcək. Baki-xeber.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.
Almaniyanın, Suriyanın şimalında "beynəlxalq nəzarət altında təhlükəsiz zona yaradılması" təklifinə qarşı olduqlarını ifadə edən Verşin Soçidə əldə edilən razılığın, Suriyanın şimal-şərqindəki problemin həll yolu olduğunu deyib: “Burada beynəlxalq nəzarət altında təhlükəsiz zona yaradılmasına ehtiyac görmürük”.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Annegret Kramp Karrenbauer, bir müddət əvvəl Suriyanın şimalında "beynəlxalq nəzarət altında təhlükəsiz zona yaradılmasını" təklif edib. ABŞ da Berlinin bu təklifini dəstəkləyirdi.
Onu da qeyd edək, rus əsgərləri Rusiya-Türkiyə razılaşması çərçivəsində dünən Şimali Suriyada Kobani şəhərinə daxil olub. Məqsəd isə buradakı kürd silahlıların bölgədən tam çəkilməsini təmin etməkdir.