17/11/2019 04:29
728 x 90

Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

img

ABŞ Şimali Suriyada "Sülh bulağı" əməliyyatına başlaması ilə əlaqədar Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, bu barədə Prezident Donald Trampın açıqlamasından sonra ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Nazirlik, oktyabrın 14-də Türkiyəyə tətbiq edilən sanksiyaların rəsmən ləğv edildiyini açıqlayıb.

Bundan əvvəl Tramp Suriyanın şimal-şərqindən kürd qüvvələrinin çıxarılmasından və Türkiyənin onlara qarşı hərbi əməliyyatlarının bitməsindən sonra Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə edildiyini bildirib. Tramp deyib ki, Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək. O, bəyan edib ki, bununla bağlı maliyyə nazirinə göstəriş verib. Bununla belə, ABŞ lideri, Türkiyənin Suriyada atdığı addımlar qənaətbəxş olmayacağı təqdirdə, sanksiyaların bərpa oluna biləcəyini deyib.

Tramp ABŞ ordusunun Suriyadan çəkilməsilə bağlı da danışıb: “Suriyanı tərk edirik. 30 gün qalmalı idik, amma bu, təxminən 10 il əvvəl idi. Yaxın Şərqdəki müharibələrə 9 trilyon dollar xərclədik, amma bütün bu səylərdən sonra belə Yaxın Şərq daha təhlükəsiz bir yer deyil”.

Qeyd edək ki, ABŞ-la Türkiyə arasında razılaşdırılmış 120 saatlıq müddət bitdikdən sonra Ankara kürdlərin Suriyanın şimal sərhədindən tamamilə çəkildiyini və əməliyyatları davam etdirməyə ehtiyac olmadığını bildirib.

Son xəbərlər