21/11/2019 00:15
728 x 90

Bağdad Suriyadan çıxarılan ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə qarşı çıxdı

img

İraq rəhbərliyi, Suriyadan çıxarılaraq İraq ərazisinə daxil olan ABŞ əsgərlərinin ölkədə qalmayacağını bəyan edib. Baki-xeber.com xəbər verir ki, bu barədə İraq Baş nazirinə bağlı Təhlükəsizlik Mediası Şəbəkəsi tərəfindən yayılan açıqlamada deyilir.

Açıqlamada, Suriyadan çıxarılan ABŞ əsgərlərinin, Şimali İraq ərazisinə girib, sonra ölkədən çıxmaqla bağlı icazə aldıqları bildirilir.

"Suriyadan gələn bu qüvvələrin (ABŞ qoşunları) İraqda qalması üçün heç bir razılıqdan söhbət gedə bilməz" – açıqlamada deyilir.

İraq Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının yaydığı məlumatda isə bildirilir ki, Suriyadan çıxarılan Birləşmiş Ştatlar hərbçiləri İraq ərazisini tərk etməlidirlər. "Onlar İraqı tərk edə bilmək üçün İraq Kürdüstanı regionuna giriş icazəsi alıblar. ABŞ hərbçilərinə İraqda qalmaları üçün heç bir razılıq verilməyib", - deyə məlumatda bildirilir.

Son xəbərlər