21/11/2019 17:05
728 x 90

Kürdlər Suriyanı tərk edən ABŞ hərbi konvoyunu “bizi satdınız” deyib daş-qalaq etdilər, Tramp isə “onları 400 il qoruyacağımıza söz verməmişik” dedi

img

Türkiyə ilə ABŞ arasında əldə edilən 120 saatlıq atəşkəs razılaşmasının bitməsinə bir neçə saat qalmış ABŞ Prezidenti Donald Tramp yeni açıqlama verib. Baki-xeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp Suriyada kiçik istisnalar olmaq şərtilə atəşkəsə əməl olunduğunu deyib.

“Suriyadakı atəşkəsə əməl olunur, kiçik qarşıdurmalar da olur. Sərhəddəki qarşıdurmalara görə bir çox türk həyatını itirdi, hər iki tərəfə baxmalısınız” - Tramp deyib.

ABŞ Prezidenti kürdlərə də bir mesaj göndərib: “Biz kürdlərə onları 400 il qoruyacağımıza söz verməmişik".

Xəbər verildiyi kimi şimali Suriyadakı ABŞ əsgərləri bu ölkəni tərk ediblər. İraq-Suriya sərhədini keçən ABŞ hərbi konvoyu Ərbildəki bazalarda yerləşdiriləcək.

Kürdlər Suriyanı tərk edən amerikalı hərbçilərin avtomobillərini daş və pomidor atəşinə tutublar. Məlumata əsasən, yerli sakinlər ABŞ prezidenti Donald Trampın bu ölkənin hərbçilərinin Suriyanın şimalından çıxarılmasına dair qərarına “bizi satdınız” deyə reaksiya veriblər.

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper isə bildirib ki, Pentaqon kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə birlikdə neft yataqlarını İslam Dövləti yaraqlılarından qorumaq üçün ABŞ hərbi qüvvələrinin bir hissəsini Suriyanın şimal-şərqində saxlamağı nəzərdən keçirir.

Onu da qeyd edək ki, Türkiyə-ABŞ razılaşması çərçivəsində PKK/YPG silahlıların sərhəd bölgələrdən çəkilmə prosesi davam edir. Türkiyə mediası onların Suriyanın Haseke bölgəsinə doğru çəkildiyini bildirir. Indiyə kimi bölgədən 125 avtomobil çıxıb. Bufer zona yaradılması planlaşdırılan bölgədə 10-15 min terrorçunun olduğu bildirilir.

Son xəbərlər