21/11/2019 17:53
728 x 90

ABŞ Suriyadan çıxardığı əsgərlərini İraqa yerləşdirir

img

Suriyadan çıxarılan ABŞ əsgərləri İraq ərazisinə keçib. Baki-xeber.com xəbər verir ki, “Reuters”in bölgədəki müxbiri 100-dən çox hərbi zirehli texnikanın sərhədi keçdiyini bildirib.

“Reuters”ə açıqlama verən İraq rəsmiləri də bunu təsdiqləyib, ABŞ əsgərlərinin İraq kürd bölgəsinə getdiklərini bildiriblər.

Bundann əvvəl ABŞ-ın Müdafiə naziri Mark Esper Suriyadan çıxarılan təxminən minə yaxın amerikalı əsgərin İraqın qərbinə göndəriləcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp oktyabrın 7-də hərbçilərin Suriyanın şimal-şərqindən çıxarıldığını bəyan etmişdi. Oktyabrın 13-də isə Esper daha 1000 əsgərin Suriyadan çıxarılacağını deyib.

Pentaqon rəhbəri qeyd edib ki, amerika hərbçiləri "İraqı müdafiə etməyə kömək etmək üçün" "İslam dövləti" terror qruplaşmasına qarşı mübarizəni davam etdirəcəklər.

"ABŞ ordusunun Suriyanın şimal-şərqindən çıxarılması yüksək tempdə davam edir, biz günlərdən yox, həftələrdən danışırıq... Cari hərəkət planı qüvvələrin İraqın qərbinə köçürülməsini ehtiva edir", - Esper deyib.

Son xəbərlər