Belə bir xəbərdarlıqla İngiltərənin “Times” qəzeti çıxış edib.
Baki-xeber.com-un xəbərinə görə, qəzet Qərb kəşfiyyatına istinadən xəbər verir ki, ABŞ-ın seçki ərəfəsində məşğulluğu üzündən yaranmış boşluqdan istifadə edən Rusiya Hələbə hücum məqsədilə Ağ dənizə təyyarədaşıyan “Admiral Kuznetsov” gəmisi ilə bərabər daha 7 gəmi və 2 destroyer göndərib. Ən geci cümə günü Suriya sahillərinə çatacağı deyilən təyyarədaşıyan gəmini sualtı qayıqların da müşayiət etdiyi bildirilir. Rusiya təyyarədaşıyanındakı pilotların öncəki gecə bombardman üçün hazırlıq gördüyünü yazan qəzet vəziyyəti “SU-33 savaş təyyarələri və MiG-29 bombardmançıları bir daha Rusiyanın Qərbi yenəcək və dünyaya meydan oxuyacaq bir güç olduğunu göstərməyi planlayır"- sözlərilə qiymətləndirir.