İran son günlər müşahidə edilən Türkiyə-İraq gərginliyini azaltmaq üçün vasitəçilik təklif edib.
Baki-xeber.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur Bağdad-Ankara xəttində yaşanan gərginliyi azaltmaq üçün İranın iki ölkə arasında vasitəçi olmağa hazır olduğunu bəyan edib.
O, Türkiyə və İraqdan İranın vasitəçi olması ilə bağlı bir təklif olacağı halda bunu dəyərləndirə biləcəklərini deyib. Bu günə qədər belə təklif almadıqlarını deyən iranlı diplomat, "Bəlkə də bunun üçün bir az vaxt lazımdır" deyə bildirib.
Bundan əvvələ İran lideri Ayətullah Əli Xameneyinin sözçüsü Əli Əkbər Vəlayəti də iki ölkə arasında ola biləcək qarşıdurmanı önləmək üçün İranın vasitəçi ola biləcəyini bildirmişdi.