İraq ordusu Mosul şəhərinə girib. “Reuters” agentliyinin hərbi rəislərdən birinə istinadla verdiyi məlumata görə, ordu şəhərə şərq istiqamətdən-əl Karama rayonundan girib.
Bu şəhər 2014-cü ildən İslam Dövləti” qrupunun nəzarətindədir.
İraq ordusu 3 günlük fasilədən sonra, oktyabrın 31-də şəhərə hücumu bərpa edib. Şəhərə hücum oktyabrın 17-dən başlanıb. Əməliyyatda İraq ordusu ilə yanaşı şiə və kürd birləşmələri də iştirak edirlər. Həmçinin ABŞ-ın rəhbərlik etdihi hərbi koalisiyanın təyyarələri havadan onlara dəstək verir.