Türkiyə HHQ “Fərat qalxanı” əməliyyatı çərçivəsində həftəsonu “İslam dövləti” terrorçu qruplaşmasının 99 hədəfini məhv edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Xəbərə görə, eyni zamanda Suriyadakı “Demokratik ittifaq” kürd partiyası PKK-nın silahlı qolu olan YPG-nin mövqelərinə havadan zərbələr endirilib.
Xəbərdə o da bildirilir ki, döyüşlər zamanı “Azad Suriya Ordusu”nun 6 döyüşçüsü həlak olub, 18 nəfəri isə yaralanıb. Hazırda terrorçulardan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi gedir.