Misirin paytaxtı Qahirənin mərkəzi Təhrir meydanında Ərdoğana həqarət edən pannolar asmaqla gündəmə gələn El-Gad xəbər kanalının müdürü Abdullatif el-Mennavi vəzifəsindən istefa edib.
Baki-xeber.com-un “Yeni şafak”a istinadən xəbərinə görə, istefası ilə bağlı yazılı açıqlamasında eks kanal müdiri bildirib ki, 1 il öncə başladığı layihələrin həyata keçirilməsində böyük çətinliklərlə üzləşib. ”Gücüm yetdiyincə verdiyim sözləri yerinə yetirməyə çalışdım, ancaq görünən o ki, yolun sonuna gəldik. Yaşanan son gəlişmələrdən sonra kanalın idarəçiliyinə davam etməm iki tərəf üçün də zorlaşdı"- deyə o, istefasına aydınlıq gətirib.
Xəbərə görə, polisin ötən həftə qaldırdığı sözügedən pannodan öncə telekanal Ərdoğanın Con Kerri və Sergey Lavrovla görüşlərini əks etdirən posterlərini də yayıb və çox keçmədən Mısır polisi onları da yığışdırıb.
Xəbərdə o da bildirilir El-Gad televiziyası fələstinli müxalif Muhammed Dahlanın idarəçiliyilə Birləşmiş Ərəb Əmirliklərindən gələn sərmayə əsasında fəaliyyət göstərir. Həmin kanalın çevriliş cəhdi olaylarından sonra FETÖ başçısı Fətullah Gülənlə bağlı reportaj yayımladığı da bildirilir.