İtaliyada zəlzələ nəticəsində evsiz qalanların sayı 100 minə çata bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu gün İtaliyanın zəlzələ baş verən Maçerata əyalətinin qubernatoru Marke Luka Çerişoli bəyan edib. Onun sözlərinə görə, təkcə təmsil etdiyi əyalətdə 40 yaşayış məntəqəsi ciddi dağıntılara məruz qalıb, hətta bəziləri tamamilə dağılıb. Eyni zamanda iri şəhərlər arasında Norça şəhərində , Müqəddəs Benedikt Kilsəsi və Qızlar Monastırı da daxil olmaqla, xeyli sayda tarixi abidənin və yaşayış evlərinin dağıntılara məruz qaldığı xəbər verilir. Əhalinin tərk etdiyi şəhərə giriş qadağan edilib.
Xatırladaq ki, bazar günü İtaliyanın mərkəzi hissəsində 6,5 bal gücündə zəlzələ baş verib. Ölüm halları qeydə alınmasa da, onlarla yaralananların olduğu və xeyli dağıntıların baş verdiyi bildirilir.