ABŞ Dövlət Departamenti İstanbuldakı Baş Konsulluğunun əməkdaşlarının ailələrinin ölkəyə qaytarılmasına göstəriş verib.
Baki-xeber.com-un xəbərinə görə, Departament buna səbəb kimi “buradakı ekstremist hücum təhlükəsini” göstərib. Məsələ ilə bağlı açıqlamasında Departament onlarda diplomat ailələrinin yaşadığı və çox olduğu rayonlarda belə təhlükənin olması barədə informasiya olduğunu bildirir. Açıqlamada o da qeyd olunur ki, bu göstəriş ancaq Baş Konsulluğun əməkdaşlarının ailələrinə aiddir, Amerikanın bu ölkədəki digər qurumlarına şamil olunmur.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu fəaliyyətini adi rejimdə davam etdirir.