Haşdi Şabi şiə qruplaşması Mosulun qərbindəki Telafərə hücuma keçib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” informasiya yayıb. Xəbərə görə, hücum bu gün səhər erkəndən başlayıb. Artıq şiə qruplaşmanın Mosulun günbatanındakı Ayn Nasr bölgəsi və Hammam əl-Alil ilə Elbu Hamad əl-Bedri kəndləri arasındakı yolu da ələ keçirdiyi bildirilir.
Lakin İraq sünniləri bu vəziyyətdən narahatdır. Bildirilir ki, bundan öncəki hücumları zamanı qruplaşma dinc əhaliyə qarşı hüquq pozuntularına yol verdiyindən, hazırkı əməliyyatında da qisasçı əməllərə yol verəcəyi istisna deyil.
Xatırladaq ki, Telafərdə 100 min terkmən yaşayır, onların yarısı sünni, digər yarısı şiə məzhəbinə mənsubdur.