Bu günlərdə ABŞ HHQ-nin Mərkəzi qərargahının komandanı Cefri Harricin oktyabrın 17-də ABŞ və Rusiya qırıcılarının təhlükəli həddə bir-birinə yaxınlaşdığı barədə xəbər verib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, Rusiya HHQ-nin təyyarəsini bşyük kəşfiyyat təyyarəsi müşayiət edib və Rusiya təyyarəsinin çox yaxınında manevr edib. Kremlin açıqlamaya cavabı özünü çox gözlətməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir olayın olub-olmadığı barədə onda məlumatın olmadığını bildirib və müvafiq sualla Müdafiə Nazirliyinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, iki ölkənin hərbi təyyarələrinin təhlükəli həddə yaxınlaşması barədə xəbəri oktyabrın 28-də CNN yayıb.