Türkiyə Suriya və İraqda hərbi mövcudluğunun coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbər vesti.ru saytında yer alıb. Xəbərə görə, hazırda Türkiyə ABŞ-la bu istiqamətdə danışıqlar aparır. Bildirilir ki, ilk hücum istiqaməti hazırda İŞİD-in nəzarətində olan, Hələbdən 40 kilometr aralıda yerləşən Əl-Bab şəhərinə nəzərdə tutulub. Bunun ardınca terrorçu qrupun Rakka və Münbiç şəhərlərindən sıxışdırılması əməliyyatı başlanacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Obama ilə telefon danışığında razılıq əldə olunduğunu bildirib.
Lakin ekspertlər Türkiyənin, əslində, İŞİD-ə qarşı vuruşmaqdan daha çox, bu iki ərəb ölkəsinin əraziləri hesabına sərhədləri yaxınlığında kürd dövlətinin yaranma ehtimalını minimuma endirmək və bölgədə nüfuzunu artırmaq üçün bu savaşa girdiyini bildirir.