Qırğızıstan prezidenti Almazbek Atambayev ölkə hökumətini tam tərkibdə istefaya göndərib.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb parlament çoxluğu koalisiyasının dağılması ilə Nazirlər Kabinetinin səlahiyyətlərini itirməsidir. Xəbərə görə, bunu ölkə qanunvericiliyi tələb edir.
Xəbərdə o da bildirilir ki, yeni hökumət yaranana kimi köhnə tərkib səlahiyyətlərinin icrasına davam edəcək. Qanunun tələbinə görə, prezident parlament fraksiyalarından birinə yeni koalisiya yaratmağı həvalə edəcək. Bu isə 3 gün müddətində baş tutmalıdır.
Qeyd edək ki, hökumətin istefaya göndərilməsinə Qırğızıstan Sosial-Demokratlar Partiyasının parlament çoxluğu koalisiyasından çıxması səbəb olub. Politoloqlar yeni hökumətin köhnədən heç nə ilə fərqlənməyəcəyi qənaətindədir.