Sakit Okeanda sahildən 510 km aralıda Tayvanın Chin Chun balıqçı gəmisi digər gəmi ilə toqquşmasının ardından alışıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Kyodo” agentliyi xəbər verib. Yapon xilasedicilərinin artıq hadisə yerinə yollandığını bildirən agentlik gəmidə 52 nəfərin olduğu barədə xəbər verib. Lakin onlar arasında xəsarət alanların olub-olmadığı bilinmir.