Moskvada Amerika Birləşmiş Ştatlarının Səfirlik binası hücuma məruz qalıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından xəbər verilib. Xəbərdə bildirilir ki, sözügedən Səfirliyin yerləşdiyi Spaso-House ərazisində 3 nəfərdən ibarət qrup icazəsiz aksiya keçirib. ABŞ-ın hərbi bazalarının Avropa ərazisindən çıxarılmasını tələb edən dəstə üzzvləri vərəqələr dağıdıb və binaya doğru yanan məşəllər atıb. Aksiya üzvlərindən biri isə özünü Səfirliyin qarşısındakı məhəccərə zəncirləyib. Polis hər üç gənci yaxalayıb.