Amerika Birləşmiş Ştatları Norveçin Rusiya ilə sərhədinə 330 nəfərlik hərbi heyət göndərir. ABŞ-ın dəniz piyadaları gələn ilin əvvəlindən sərhəddən min kilometr aralıdakı Vaernes hərbi bazasına yerləşəcəklər.
Baki-xeber.com xəbər verri ki, Norveç Müdafiə Nazirliyi gələn ildən etibarən ilk dəfə xarici əsgərlərin Norveçdə yerləşdirilməsinə icazə verildiyini açıqlayıb. Buna uyğun olaraq da ABŞ Hərbi Dəniz Qüvvələrinin 330 hərbçisini İkinci Dünya Müharibəsindən bu yana ilk dəfə Norveçə göndərməyə hazırlaşır. Norveçin bu addımı Baltik dənizində Rusiya hərbi varlığına qarşı tədbir məqsədilə atdığı ehtimal edilir.
Norveçin müdafiə naziri Ine Eriksen Soreide deyib ki, ABŞ əsgərlərinin onların ölkəsinə göndərilməsində məqsəd alyans daxilində operativ uyğunlaşmanı təmin etməkdir. Nazir müttəfiqlərin hərbi qüvvələrinin ölkəyə gəlişinin, Norveç ərazisində və Norveç qüvvələrilə fəaliyyətin təfərrüatlarının öyrənilməsinin ölkənin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.
Rusiyanın Oslodakı səfirliyi xəbəri təəccüblə qarşılayıb. Norveç rəsmilərinin Rusiyanı təhlükə hesab etmədiklərini dəfələrlə vurğuladıqlarını xatırladıb. Amma Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq ediləndən sonra Norveçin müdafiə naziri Rusiya sarıdan narahatlığını ifadə etmişdi.
Qeyd edək ki, ABŞ silahlı qüvvələrinin Norveçə göndərilməsi yanvar ayına planlanıb. Ancaq Norveçdə ölkənin “Soyuq müharibə” tərzli qarşıdurmaya cəlb olunmasına etiraz edənlər də az deyil.
Bir neçə gün əvvəl isə ABŞ-ın Avropadakı dəniz piyadalarının komandiri general Nelson bildirib ki, bu mövzuda Norveçə təkliflər göndərilib: "Norveç Silahlı qüvvələri ilə aramızdakı yaxın əlaqədən çox məmnunuq. Norveçdəki varlığımız bu əlaqəni inkişaf etdirəcək və birlikdə hərəkət edə bilmək qabiliyətimizi artıracaq. Əgər Norveç hökuməti tələbimizi qəbul etsə, NATO-nun Şimali Avropadakı gücü və fəaliyyəti artacaq".
Qeyd edək ki, Norveç Birləşmiş Ştatlarla NATO-da müttəfiqdir və ABŞ-ın bu ölkədə hərbi avadanlığı əvvəl də var idi. NATO əsgərləri əvvəllər də təlimi üçün Norveçə gəliblər, ancaq qısa bir müddətdən sonra ölkəni tərk ediblər.
TAHİR