Pakistanda silahlı dəstə polis akademiyasına hücum edib, 61 kursantı öldürüb, 165 nəfəri isə yaralayıb. Pakistanın səhiyyə idarəsi yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirir.
Yaraqlılar akademiyaya hücum edərkən qarşılarına çıxanı güllələyib, həm də öz üzərilərindəki partlayıcıları işə salıblar. Hücum gecə başladığından kursantların çoxu yatırmış. Terrorçulara qarşı yerli vaxtla səhər saat 4-ə qədər əməliyyat aparılıb. Hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Pakistanın Polis Akademiyasına bundan əvvəl də iki dəfə - 2006 və 2008-ci illərdə hücum olub.