Moskva, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra Türkiyənin Rusiya, Suriya, İraq və İranın yer aldığı “kəşfiyyat hovuzu”na qatıldığını bəyan edib.
Baki-xeber.com xəbər verri ki, bu razılaşma Türkiyənin Suriyada keçirdiyi Fırat Qalxanı əməliyyatı ilə bağlı əldə edilib.
Rusiya Parlamenti Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komissiyasının sədri müavini Franç Klinçeviç bildirib ki, razılaşma çərçivəsində Moskova ilə Ankara “Fırat Qalxanı” əməliyyatı ilə bağlı kəşfiyyat məlumatlarını paylaşırlar. O, Türkiyənin Rusiya, Suriya, İraq və İranın qatıldığı “kəşfiyyat hovuzu”na qatıldığını deyib: “Diqqətlərini çəkə biləcək radio dinləmələrini, radarlardan əldə edilən məlumatları və digər kəşfiyyat məlumatlarını türklərə veririk. Qarşılığında onlar da bizimlə məlumat paylaşırlar. Türklərin xüsusi xidmət və kəşfiyyat şəbəkəsi Suriyada çox güclüdür".