“Rusiya ABŞ-ın sanksiyalarına qarşı qeyri-simmetrik tədbirlərlə cavab verəcək”. “RİA Novosti” nin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz bu müddət ərzində müəyyən təhqiqat aparmışıq və məhz qeyri-simmetrik qaydada tədbiq oluna bilən bir sıra tədbirlər hazırlamışıq”, deyə o bildirib.
Ryabkov qeyd edib ki, bu addım uzun müddətdir ki, ABŞ-ın Rusiyaya qarşı davam edən sanksiyalar fonunda baş verir.
Almaniyanın xarici işlər naziri bundan əvvəl bildirib ki, Rusiyaya qarşı sanksiyalara görə Suriya danışıqları pisləşə bilər.
Qeyd edək ki, 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə ABŞ və Avropa Birliyi ölkələri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.