ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klintonun seçkiqabağı təşviqat rolikində Respublikaçıların namizədi Donald Trampın Uqo Çaveslə müqayisə edilməsi Venesuelada etirazlara səbəb olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə şənbə günü “El Universal” qəzeti yazıb. Nəşrin xəbərinə görə, bu Latın Amerikası dövlətinin XİN başçısı Delsi Rodriqes sözügedən addımı qınayaraq, baş verənlərin “ABŞ-da dərin etik, mənəvi və siyasi böhranın yaşandığının” göstəricisi olduğunu deyib. “Biz Demokratlar partiyasından komandante Uqo Çavesin xatirəsinə hörmət tələb edirik”- deyə xanım nazir özünün tvitter səhifəsində yazır.