Mosulun azad edilməsi əməliyyatına Türk tanklarının da dəstək verdiyi bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Baş nazir Binəli Yıldırım açıqlamasında deyib. Yıldırım bildirib ki, peşmərgə güçləri Başika qəsəbəsini İŞİD-dən təmizləmək üçün hərəkətə keçib və oradaki Türk əsgərlərindən yardım istəyib. “Biz də oradakı topçularla, tanklarla, “fırtına”larla dəstək veririk” – Baş nazir deyib.