Türkiyədə 16 iyul çevriliş olaylarının təşkilində günahlandırılan Fətullah Gülənin yaxınları həbs olunub.
Baki-xeber.com-un xəbərinə görə, Hüseyn Gülən və Buşra Gülən İzmir şəhərində saxlanıb. Xəbərə görə, FETÖ ilə əlaqələrdə ittiham olunan cütlüyün üsyançıların çevriliş cəhdi zamanı əlaqə saxladığı şifrəli Bylock sistemindən istifadə etdiyi bəlli olub.
Xatırladaq ki, daha öncə Türkiyə hökuməti Fətullah Gülənin qardaşı Qütbəttin Güləni, qardaşı qızı Əminəni və daha 3 yaxınını – Kamal Gülən, Abdullah Koruca və Məhəmməd Səid Güləni həbs etmişdi.
1999-cu ildən ABŞ-da yaşayan Fətullah Güləni isə Amerika, Ankaranın israrlı tələblərinə rəğmən, hələ də Türkiyəyə təhvil verməyib.