İraqın Mosul şəhərində İŞİD terrorçuları 16 nəfər dinc sakini qətlə yetirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Naynava əyalətindəki mənbə xəbər verib. Xəbərdə deyilir ki, terrorçular qurbanlarını Üçüncü korpüdən atmaqla edam ediblər.
Qeyd edək ki, şənbə günü verilən xəbərə görə, “İslam dövləti” terrorçu təşkilatı 284 nəfər kişi və oğlan uşaqlarını edam edib.