Misir Fransa istehsalı olan iki “Mistral” tipli helikopter gəmisini Moskvaya satıb. Baki-xeber.com xəbər verri ki, bu iddia ilə çıxış edən Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib ki, Misir iki döyüş gəmisini simvolik bir qiymətlə Rusiyaya verib.
Bununla Krımın işğalından sonra Fransa tərəfindən Rusiyaya satışı ləğv edilən gəmilər Moskvanın əlinə keçmiş oldu.
Polşanın müdafiə nazirinin sözlərinə görə, Qahirə gəmiləri bir dollar qarşılığında Rusiyaya satıb. Parlamentdə çıxış edən nazir bildirib ki, bu məlumatı etibarlı mənbələrdən əldə edib və qeyd edib ki, Misir bu addımdan imtina edərsə dünyada sülhü üçün bir uğur və Rusiyaya yaxşı bir dərs olar.
Qeyd edək ki, Rusiya və Fransa 2011-ci ildə 1,2 milyard avro qarşılığında rus donanması üçün iki “Mistral” tipli helikopter gəmisinin istehsalı üçün razılaşma imzalamışdı. Ancaq Fransa Krımın işğalı və Ukraynaya hücumun ardından ABŞ və digər Qərb ölkələrinin təzyiqi ilə “Mistral” gəmilərinin Rusiyaya təhvil verilməsindən imtina etmişdi.
Rusiya və Fransa, 2015-ci ilin avqustunda iki döyüş gəmisi əlaqədar müqavilənin ləğvi mövzusunda razılığa gəlmişdi. Sonradan Fransa prezidenti Fransua Olland gəmilərin satışı ilə bağlı Misir prezidenti Abdülfettah əl-Sisi ilə razılığa gəlmişdi. Gəmilərdən biri iyunda, ikincisi isə sentyabrda Misirə təslim edilmişdi.
Ancaq Polşadan gələn son açıqlamalardan göründüyü kimi, Fransanın satışından imtina etdiyi gəmilər sonradan dolayısı ilə Moskvanın əlinə keçmiş oldu.