WikiLeaks saytı indi də ABŞ prezidenti Barak Obamanın yazışmalarını yaymağa başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, yazışmalar əsasən Obama ilə Demokratlar partiyasıın üzvü Con Podesta arasında olub. Həftənin cümə axşamı günü açıqlanan yazışmalar 2008-ci ilin oktyabr-noyabr aylarını əhatə edir. Hazırda Podesta Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki qərargahının rəhbəridir.
Xəbərə görə, yazışmalarda sensasion heç bir şey yoxdur. Bəziləri hətta 1-2 sətirdən ibarətdir. Onlar arasında ən maraqlısı isə həmin ilin 4 noyabr tarixində Obamanın müşavirlərinin, dəvət olunarsa, Obamanın antiböhran sammitində iştirakdan imtina etməsilə bağlı “yekdil tövsiyələri”dir. Podesta və həmfikirləri yazırlar ki, Ağ Evdə sözügedən sammit Fransanın o zamankı prezidenti Nikolya Sarkozi və digər Avropa liderlərinin təzyiqilə çağırılır və o üzdən onun maddi nəticələri ola biləcəyi düşünülmür. Obamanın məsləhətçiləri bu sammitdə iştirakdan imtinanın arqumentləşdirilməsini də düşünüblər: bunu elə “düzüb-qoşmaq” olar ki, medianın bu barədə sualına cavab kimi alınsın. “Həmin sualın maraqlı cavabının olacağını isə hansısa jurnalistə “pıçıldamaq” olar”...