Suriya ordusu ölkənin hava məkanını pozan Türkiyənin istənilən hərbi təyyarəsini vuracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığının bəyanatında deyilir.
Suriya ordusunun komandanlığı həmçinin Ankaranı Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb.