ABŞ Mosul əməliyyatı çərçivəsində İraqa göndərdiyi əsgərlərindən birini itirib. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.
Bildirilir ki, Amerika əsgəri Şimali İraqda ölüb: "20 oktyabr 2016-cı il tarixdə bir Amerika əsgəri İraqın şimalında əldə hazırlanmış bir patlayıcının partlaması nəticəsində yaralanıb və sonradan həlak olub".
Partlayışla əlaqədar detallı məlumat verilmir.