Dağıstanın Buynaksk rayonunda antiterror əməliyyatı rejimi tətbiq olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti”-yə Respublika operativ qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, sözügedən rejim Buynaksk rayonu inzibati ərazisində bu gün səhər saat 05-00-dan tətbiq olunub.
Mənbənin sözlərinə görə, rayon ərazisində qanunsuz silahlı qruplaşma üzvləri və onların himayədarlarının axtarışına başlanıb.