Rusiya Hələbdə birtərəfli qaydada 8 saatlıq barışıq elan edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS informasiya agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, sözügedən qərarı Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin şərh edib. O deyib ki, daha uzunmüddətli humanitar pauzanın yolu qarşılıqlı danışıqlardan keçir.