Mosulu İŞİD-dən geri almaq üçün başladılan əməliyyata qatılan ABŞ və Qərb ölkələrinin əsgərləri və zirehli texnikası cəbhə zonasına çatıb.
Baki-xeber.com xəbər verir ki, “Reuters” agentliyi avropalı əsgərlərin görüntülərini yayıb. “Anadolu” Agentliyi də cəbhəyə gedən ABŞ zirehli maşınlarının konvoyunun bir neçə nöqtədə gürüntülərini çəkib.
“Doğan” Xəbər Agentliyi isə, İŞİD-dən azad edilən Kayyara hərbi hava bazasında olan ABŞ əsgərlərinin görüntülərini yayıb.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya, hava hücumları ilə Mosul ətrafındakı İŞİD hədəflərini vurur. Yerüstü əmələyyatda iştirak edən qüvvələr isə Mosula doğru irəliləyir.
Bu arada Türkiyə Baş nazirinin köməkçisi Numan Kurtulmuş bəyan edib ki, Türkiyənin Başika hərbi düşərgəsində təlim keçirilən mosullu yerli qüvvələrin hamısı əməliyyatda iştirak edir.Türkiyə Xarici İşlər Nazirliyindən isə bir heyət Başika və Mosul əməliyyatını müzakirə etmək üçün Bağdada gedib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) isə 100 min mosullunun Türkiyə və İraqa qaça biləcəyinə dair xəbərdarlıq edib.