ABŞ vitse-prazidenti Cozef Bayden NBC telekanalına müsahibəsində İŞİD-in məhv edilməsi və Rusiyanın mövqelərinin zəifləməsinin ölkəsi üçün geniş imkanlar açacağını bildirib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, Rusiya hazırda çox ciddi iqtisadi çətinliklər yaşayır. İŞİD-in mövcudluğuna son qoyulması və Rusiyanın gedərək zəifləməsi ABŞ-ın qarşısında əlavə imkanlar açılacaq. O qeyd edib ki, hazırda İŞİD-in məhv edilməsi ölkəsinin əsas prioritetini təşkil edir:”Biz əvvəlcə Rakkanı, sonra Mosulu azad etməliyik. Biz ABŞ üçün ən böyük təhlükə olan xilafəti yıxmalıyıq”- o deyib.