ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp həmin posta demokratların namizədi Hillari Klintonun uğurlu seçki marafonu aparmasının səbəbini onun ehtimalən dopinq qəbul etməsilə izah edib.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə CNN xəbər yayıb. Xəbərdə bildirilir ki, Tramp bu məqsədlə rəqibinə dopinq testi keçməyi təklif edib. “Biz də atletlər kimiyik. Atletləri narkotik testindən keçməyə məcbur edirlərsə, biz də yoxlanmalıyıq”- deyən milyarder siyasətçi bu ehtimalını onunla əsaslandırır ki, seçki marafonunun əvvəlində xanım Klinton daha enerjili olub, sona doğru isə “tükənməyə başlayıb”.
Trampın bu sözləri isə, dopinq şübhəsindən daha çox, psixoloji hücum təsiri bağışlayır.