İraqın Hərbi Hava Qüvvələri hücum xəbərdarlığı məqsədilə Mosul üzərinə minlərlə xəbərdarlıq vərəqəsi atıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bazar günü CNN telekanalı xəbər yayıb. Xəbərdə deyilir ki, vərəqələrdə şəhər əhalisinə qapı-pəncərələri bağlayıb evdən çıxmamaq. Həmçinin müəyyən rayonlarda olmamaq və “İslam dövləti” terrorçu qrupunun mövqelərinə yaxınlaşmamaq tövsiyə olunur. Eyni zamanda vərəqələrdə telefon nömrəsi təqdim olunur ki, əhali terrorçu qrupun fəaliyyəti barədə məlumatı gərəkən anda orduya çatdıra bilsin.
Qeyd edək ki, daha öncə Türkiyənin NTV kanalı Beynəlxalq koalisiya güclərinin artıq Mosula hücum etdiyi barədə xəbər yayıb. Lakin telekanal özünün Türkiyə rəhbərliyindəki mənbəyinə istinadən onu da deyib ki, “Mosulda əsas əməliyyat hələ başlamayıb”.
Onu da bildirək ki, 500 mindən çox əhalisi olan Mosulu İŞİD özünün İraqdaki paytaxtı sayır. 10 iyun 2014-cü ildə terrorçu təşkilat bu şəhəri hökumət qüvvələrinin, demək olar ki, döyüşsüz tərk etməsi nəticəsində ələ keçirib.