Suriya danışıqlarında əsas məsələlərlə bağlı konsensus əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə ABŞ dövlət katibi Con Kerri çıxış edib. Danışıqların konstruktiv keçdiyini deyən ABŞ dövlət katibi “bir neçə nazirin maraqlı ideyalar irəli sürdüyünü” bildirib. Bundan əlavə, o deyib ki, danışıq iştirakçıları bir sıra aparıcı mövzularda konsensus əldə edib və qismən münaqişəyə son verilməsi fikrilə razılaşıblar.
Xatırladaq ki. şənbə günü başlanan danışıqlarda, Con Kerridən əlavə, Rusiya XİN başçısı Sergey Lavrov, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, eyni zamanda Türkiyənin, Səudiyyə Ərəbistanının, İranın, Qətərin, İordaniyanın, Misirin və İraqın xarii işlər nazirləri iştirak edib.